Icma.az
close
up
RU
Cənab prezident İlham Əliyevin güclü siyasi kursu sayəsində qərbi azərbaycanlıların təhlükəsiz şəraitdə qayıdışı tezliklə reallaşacaq

Cənab prezident İlham Əliyevin güclü siyasi kursu sayəsində qərbi azərbaycanlıların təhlükəsiz şəraitdə qayıdışı tezliklə reallaşacaq

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənab prezident İlham Əliyevin güclü siyasi kursu sayəsində qərbi azərbaycanlıların təhlükəsiz şəraitdə qayıdışı tezliklə reallaşacaq

Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi xüsusilə 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə özünü daha amansız formada göstərmişdir. Bu dövrlərdə törədilən cinayətlərdə Çar Rusiyası, sonradan isə Sovet İttifaqı rəhbərliyi böyük rol oynamışdır. Ermənilərin söz sahibi olduğu o zamankı SSRİ rəhbərliyi Zəngəzur da daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi əraziləri Ermənistana vermiş və yüz minlərlə azərbaycanlının məcburi deportasiyasına dair qərarlar qəbul etmişdir.

1987-ci ilin noyabr ayında Ermənistan SSR-nin müxtəlif bölgələrindən qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması, 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi. Bu deportasiya dalğası zamanı azərbaycanlılar zorla yurdlarından çıxarılmış, evləri talan edilmiş, kəndlər boşaldılmış və çoxu fiziki zorakılığa məruz qalmışdır. Ermənistan rəhbərliyinin himayəsi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində minlərlə azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.
Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqınlar həmin illərdə beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım və kompensasiya, hətta qida və sığınacaq dəstəyi ilə təmin edilmədilər. Beynəlxalq humanitar təşkilatlar və donorlar tərəfindən tam məlumatsız, ayrı-seçkiliyə və diskriminativ münasibətlə üzləşmişdilər. Onlar Azərbaycanın digər bölgələrinə pənah gətirmişdilər. Mandatına uyğun olaraq etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq humanitar yardım göstərmək vəzifəsi olan humanitar təşkilatlar hələ o vaxtdan azərbaycanlılara qarşı ayrı-seçkilik xətti tutmuşdular.

Qərbi Azərbaycandan gələn yüz minlərlə qaçqın ayaqda durmaq və həyatını davam etdirməyi bacardı. İcma olaraq üzləşdiyimiz böyük çətinliklərə və insan itkisinə baxmayaraq, xüsusən də 90-cı illərdə Ermənistan tərəfindən Qərbi Azərbaycanlıların kütləvi surətdə deportasiyasından sonra da azərbaycanlılar öz qaçqın cəmiyyətlərini 1989-cu ildə yaradaraq bu icma ətrafında sıx birləşdilər.

Etnik qrupların hüquqlarına hörmət və qaçqınların geri qayıtmaq hüququnun həlli demokratiya və qanunun aliliyinin vacib elementləridir. Qaçqınların hüquqlarının müdafiəsi və təşviqi beynəlxalq qanunvericiliyin və konvensiyaların tələbləridir. 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi 194 saylı Qətnamədə öz evlərinə qayıtmaq və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən qaçqınlara mümkün olan ən qısa müddətdə bunu etməyə icazə verilirdi.

BMT-nin Qaçqınların Statusu ilə bağlı Konvensiyası, qaçqınların hüquq və müdafiəsini müəyyən edən beynəlxalq müqavilədir. Konvensiya qaçqınların qanuni müdafiə hüququ, hərəkət azadlığı, təhsil almaq hüququ və işləmək hüququ da daxil olmaqla sahib olduqları hüquq və müdafiələri müəyyən edir. 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) iki əsas ideal üzərində qurulub:

Ümumbəşəri insan hüquqlarının təmin edilməsi və strategiyanın "heç kəsi geridə qoymamağı" təmin etmək.
DİM-lərə səmərəli şəkildə nail olmaq üçün qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyətinin yaxşılaşdırılması və davamlı həll yollarının həyata keçirilməsi zəruridir.

Qərbi Azərbaycan icmasının ədalət və sülhün bərqərar olması üçün beynəlxalq hüquqa, tarixi faktlara və sübutlara əsaslanan qayıdış konsepsiyası hazırlanıb qəbul edilmişdir.

Sənədin əsas məqamları indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququnu beynəlxalq qanunvericliyin tələbi kimi izah edir.

Bu hüququn layiqli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.

Ermənistan hökuməti barışığa kömək etmək, məhv edilmiş Azərbaycan mədəni irsini bərpa etmək və qorumaq üçün səy göstərməli, həyata keçirdiyi yer adı dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır.

İcma geri dönüş prosesində və ondan sonrakı dövrdə Qərbi Azərbaycanlıların qanuni təmsilçisi və maraqlı tərəfi kimi bütün müvafiq proseslərdə iştirak etməlidir. Beynəlxalq ictimaiyyətə müraciətimiz tarixi vətənlərimizə qayıtmaq haqqında haqlı iddiamızı təsdiq edərək, icmamızın hüquqlarını tanımaqdır.

Bu gün Ermənistan SSRİ-dən zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpası beynəlxalq miqyasda müzakirə olunur. Beynəlxalq ekspertlərin iştirakı ilə mötəbər tədbirlər keçirilir. 51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı "Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən konfrans da qaçqınların geri qayıdışı mövzusunda təcrübə mübadiləsi və dünya ictimaiyyətinin diqqətini bu mövzuya cəlb etmək üçün əhəmiyyətli platformadır.

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin güclü siyasi kursu və rəhbərliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulduğu kimi, inanırıq ki, qərbi azərbaycanlıların da sülh şəraitində, ləyaqətli, təhlükəsiz geri qayıdışı yaxın gələcəkdə reallaşacaq.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 05 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri