Cənab veto ya çevriləcəyəm Trampdan AÇIQLAMA
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp gələn həftə keçiriləcək aralıq seçkilərin nəticələrinə əsasən demokratlar Konqresin palatalarından hər hansı birində çoxluq əldə edəcəkləri təqdirdə "cənab veto"ya çevriləcəyini bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "New York Post" qəzetinin "Pod Force One" podkastına müsahibəsində danışıb.
"Əgər belə olarsa, düşünürəm ki, mən "cənab veto" olacağam. Onların möhkəmlənməsinə imkan verməyəcəyəm, daha sonra isə yəqin ki, razılaşmalar əldə edəcəyik", – deyə Tramp müvafiq suala cavabında bildirib.
ABŞ lideri demokratların qəbul edəcəyi qanun layihələrinə veto qoymaq, daha sonra isə onlarla razılığa gəlmək niyyətində olduğunu vurğulayıb.
Bununla belə, Ağ Ev rəhbəri belə bir ssenarinin reallaşmayacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.
Baxış sayı:73
Bu xəbər 01 Noyabr 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















