Icma.az
close
up
RU
Cənab Zatulin, həmişə olduğu kimi öz ampluasında…

Cənab Zatulin, həmişə olduğu kimi öz ampluasında…

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanın Baş nazirinin Moskvaya səfərinə həsr olunmuş və cari ilin aprelin 2-də “Moskovskiy komsomolets” qəzetinin səhifələrində dərc edilmiş məqaləsində növbəti dəfə arzu olunanı reallıq kimi təqdim edərək özünü bütün “gözəlliyi” ilə nümayiş etdirib.

Bu fikri AZƏRTAC-a Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.

“Zatulinin məqalədə Nikol Paşinyana ünvanladığı epataj xarakterli ifadələrin detallarına varmadan, diqqəti onun MDB Ölkələri İnstitutunun direktoru kimi oxucunu qəsdən çaşdıraraq yenidən yaxın tarixdə – İrəvanın davamlı hərbi təxribatları nəticəsində başlanmış və 44 günlük müharibənin nəticələri ilə həll olunmuş erməni-Azərbaycan qarşıdurmasına dair faktları saxtalaşdırmağa cəhd göstərdiyi məqamlara yönəldək. Birinci Qarabağ müharibəsinin nəticələrindən ruhlanan Ermənistanın siyasi elitası dəfələrlə Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edib, bu mövqeyi həm verbal səviyyədə, həm də hərbi əməliyyatlar müstəvisində aqressiv addımlarla davamlı şəkildə möhkəmləndirib.

Bu aqressiv siyasətin təsiri altında olan Baş nazir Nikol Paşinyan həm daxildə – o dövrdə Ermənistanın müdafiə naziri olmuş David Tonoyanın timsalında, həm də erməni cəmiyyətinin aqressiv hissəsini “yeni torpaqlar uğrunda müharibəyə” təşviq edən xarici qüvvələrin dəstəyi ilə edilən təzyiqlər fonunda əvvəlcə 2020-ci ilin iyulunda Tovuz istiqamətində, daha sonra isə sentyabrda bütün təmas xətti boyunca açıq şəkildə gərginliyin artmasına və eskalasiyaya gedib. Bununla da ölkənin hakim siyasi elitasının işğalçı mahiyyətini, yəni əsl simasını nümayiş etdirib.

Azərbaycan əsgərinin rəşadəti və cəsarəti sayəsində təcavüzkar sarsıdıcı məğlubiyyətə uğrayıb, üçtərəfli Bəyanata imza ataraq faktiki olaraq məğlub tərəfin üzərinə düşən öhdəlikləri qəbul edib.

Yeri gəlmişkən, həmin öhdəliklərin bir hissəsi Ermənistan tərəfindən könüllü şəkildə yerinə yetirilməmişdi. Bu isə 2023-cü ilin sentyabr hadisələrinə gətirib çıxarıb və nəticədə Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün ərazisində bərpa olunub. Bütün bunlar Azərbaycan xalqının iradəsi və Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində baş verib. Bu siyasət, əslində, öz mənafeləri naminə erməni-Azərbaycan münaqişəsi vasitəsilə bütün Cənubi Qafqazı təzyiq altında saxlamağa çalışan regional qüvvələrin cəhdlərini neytrallaşdırıb.

Zatulinin qeyd etdiyi Qarabağ ermənilərinin sayına gəlincə, burada da deputat həm Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarını, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 44 günlük müharibədən sonra Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı hesabatlarını nəzərə almadan yenidən oxucunu çaşdırır.

Onların sayı dəfələrlə az olub və bu fakt Rusiya sülhməramlı kontingentinin məruzələrində açıq şəkildə əksini tapıb. Həmin kontingent ərazidə erməni əhalisinin mövcud olduğu zaman qədər yerləşdirilməli idi. Əhali yoxdursa, kontingentin də olması üçün əsas yoxdur – bu, tam aydındır. Qeyd edək ki, erməni əhalisi həmin əraziləri könüllü şəkildə tərk edib və bu da bir çox beynəlxalq təşkilatların hesabatlarında geniş şəkildə öz əksini tapıb.

Nəhayət, Ermənistanın Baş nazirinin Rusiya Prezidenti ilə görüşü zamanı səsləndirdiyi sülh gündəminə gəldikdə, bəli, Ermənistanın ritorikası kifayət qədər sülhpərvərdir və bu gün onun bəşəriyyətin mütərəqqi hissəsi tərəfindən açıq şəkildə dəstəkləndiyi də sirr deyil. Vladimir Putin də iki ölkə arasında sülh prosesi ilə bağlı dəfələrlə müsbət fikirlər səsləndirib.

Lakin belə çıxır ki, həm Konstantin Zatulin, həm də müxtəlif siyasi mərkəzlərin ona bənzər nümayəndələri Ermənistanın ictimai-siyasi həyatını növbəti dəfə qarışdırmağa və bunu ölkə üçün taleyüklü parlament seçkiləri ərəfəsində etməyə cəhd göstərirlər”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Aprel 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri