Cənazə namazında mərhuma haqqını halal etmədi VİDEO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aydında boğa hücumunda ölən şəxsin dəfnində diqqətçəkən hadisə yaşanıb.
Türkiyənin Aydın vilayətinin İncirliova rayonunda buğa hücumu nəticəsində həyatını itirən 64 yaşlı Mevlüt Bacaksız son mənzilə yola salınıb.
Bizim.Media xəbər verir ki, mərhum üçün bu gün Çarşı məscidində cümə namazından sonra cənazə namazı qılınıb.
Mərasim zamanı imam izdihamdan halallıq istəyərkən, kütlə arasından bir nəfər “Haqqımı halal etmirəm” deyə qışqırıb.
Bu an mərasimin ön sıralarında olan yaxınları geriyə dönərək səsin gəldiyi istiqamətə baxıblar. İmam həmin şəxsdən səbəbi soruşsa da, cavab ala bilməyib.
Reaksiyalardan sonra halallıq vermədiyini bildirən şəxs ərazidən uzaqlaşıb. Daha sonra Mevlüt Bacaksızın cənazəsi çiyinlərdə daşınaraq İncirliova Asri qəbiristanlığında torpağa tapşırılıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 May 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















