Icma.az
close
up
RU
“Cenevrə planı” Kremlə təqdim olunub Moskva gələn həftə ABŞ ilə danışıqlara başlayır

“Cenevrə planı” Kremlə təqdim olunub Moskva gələn həftə ABŞ ilə danışıqlara başlayır

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 28-də bəyan edib ki, ABŞ, Ukrayna və Aİ nümayəndələri arasında bu həftə Cenevrədə keçirilən danışıqlarda razılaşdırılmış Ukrayna üzrə sülh planının əsas parametrləri Moskvaya təqdim olunub.

Peskovun sözlərinə görə, plan gələn həftə Moskvada ABŞ nümayəndələri ilə müzakirə olunacaq. Daha əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun paytaxta səfərinin razılaşdırıldığı bildirilib.

Kremlin sözçüsü qeyd edib ki, müzakirələrdə planın BMT səviyyəsindəmi, yoxsa ayrı-ayrı ölkələr tərəfindənmi təsdiqlənməli olduğu da gündəmdə olacaq. O, planın detallarını açıqlamaqdan imtina edərək “meqafon diplomatiyası ilə məşğul olmaq istəmirik” deyib.

Jurnalistlər Peskovdan Vladimir Putinin Ukrayna hakimiyyətini yenidən “qeyri-legitim” adlandırması ilə bağlı mövqeyini soruşublar. Peskov Zelenskinin legitimliyi ilə bağlı “problem olduğunu” desə də, eyni zamanda “hamının münaqişəni sülh yoluna yönəltmək istəyindən” danışıb.

Bu isə bir sual yaradır:

Rusiya Zelenski ilə sənəd imzalamağa hazırdır, yoxsa yox?

Peskov bu suala konkret cavab verməyib.

Putin noyabrın 27-də bəyan etmişdi ki, Cenevrə danışıqlarının nəticələri gələcək sülh razılaşmasının əsası ola bilər. Lakin o, “döyüşlərin yalnız Ukrayna ordusu mövqelərini tərk etdikdən sonra dayandırılacağını” deyib. Jurnalistlər Peskovdan bu tələbə hansı ərazilərin daxil olduğunu soruşublar: yalnız Donetsk? yoxsa Zaporoje və Xerson da bu siyahıya daxildir?

Peskov cavabında bildirib ki, “hamısı müzakirə ediləcək” – yəni Moskvanın mövqeyi hələ də qeyri-müəyyəndir.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak günün sonunda bildirib ki, Ukrayna və ABŞ nümayəndələri bu həftənin sonunda Cenevrə danışıqlarını davam etdirəcəklər.

Yermak vurğulayıb ki, əsas məqsəd davamlı və ədalətli sülhə mümkün qədər tez çatmaqdır: “Ukrayna cəbhə xətti üzrə müzakirələrə hazırdır, amma öz torpaqlarından formal imtinaya getməyəcək. Ttərəflər “iş tempini itirmədən, çox sürətlə” çalışmalıdırlar”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri