Icma.az
close
up
RU
Cenevrədə keçirilən aksiya iştirakçısı: İtkin ailəsi kimi yaşamaq çox çətindir

Cenevrədə keçirilən aksiya iştirakçısı: İtkin ailəsi kimi yaşamaq çox çətindir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cenevrə, 30 avqust, AZƏRTAC

Biz BMT qurumlarından səsimizə səs vermələrini istəyirik. Bu gün burada təkcə öz itkin ailə üzvlərimiz üçün deyil, dörd minədək itkin şəxsin ailəsi adından iştirak edirik. Ümid edirik ki, itkin düşən Azərbaycan vətəndaşları barədə tezliklə məlumat ala biləcəyik, çünki itkin yolu gözləmək çox ağırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımında itkin düşmüş Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Cenevrədə BMT bölməsinin qarşısında təşkil edilmiş aksiyada bildirib. O qeyd edib ki, ömrünün 35-ci baharında itkin düşən həyat yoldaşının yoxluğu ilə indiyədək ailəlikcə barışa bilmir, bu yara qaysaq bağlamır. Hər dəfə Xocalıya gedəndə ötən günləri ağrı-acı ilə yada salan P. Məmmədova üçün qaynı Vaqif Məmmədovun bütün ailə üzvləri ilə itkin düşməsi əsl insanlıq faciəsidir. Vaqiflə birlikdə onun 14, 16 və 18 yaşlı övladları və həyat yoldaşı itkin düşüb, bir ailə bütövlükdə yer üzündən silinib.

1992-ci ildə Fərrux dağı uğrunda gedən döyüşlərdə itkin düşmüş İlham Dadaşovun anası Elmira Dadaşova isə bildirib ki, bu aksiya vasitəsilə beynəlxalq ictimaiyyətin Ermənistan hökumətindən minalanmış ərazilərin düzgün xəritəsini tələb etməyə çağırırlar.

“İtkin ailəsi kimi yaşamaq çox çətindir. Hər dəfə qapı gözlənilməz döyüləndə və ya zəng gələndə təşvişlə bir-birimizin üzünə baxırıq ki, görəsən kimdir, nə xəbər alacayıq?”, - deyən itkin Şahin Əliyevin anası Mahuru Şahin Cenevrədə beynəlxalq təşkilatlardan Ermənistan xalqı və hökumətinə minalanmış ərazilərin xəritəsinin verilməsi üçün təzyiq göstərilməsini istədiklərini bildirib. O, diqqətə çatdırıb ki, Qarabağda kütləvi məzarlıq çoxdur, lakin ərazinin böyük hissəsi minalanıb. Düzgün xəritələr vasitəsilə itkin düşmüş şəxslərin aqibətinə aydınlıq gələ, onların ailələrinin gözü yollardan çəkilə bilər.

İtkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva da Cenevrəyə gəlməkdə məqsədlərinin beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırmaq olduğunu bildirib. Dörd minədək azərbaycanlı itkin şəxsin sonrakı taleyinə aydınlıq gətirilməsi və kütləvi məzarlıqların xəritəsinin verilməsi bu istiqamətdə əsas tələbdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see188

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri