Icma.az
close
up
RU
Cenevrədə Türk dünyasına dair akademik müzakirə aparılıb

Cenevrədə Türk dünyasına dair akademik müzakirə aparılıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Cenevrə şəhərində Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzində (GCSP) Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, Türk Dövlətləri Təşkilatının (TDT) Sədrliyi qismində Qırğız Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzi və BMT-nin Sülh Universitetinin birgə təşkilatçılığı ilə “Türk Dünyasına dair akademik müzakirə: əməkdaşlıq imkanlarının araşdırılması” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Cenevrə Universitetinin Təhlükəsizlik məsələləri üzrə Mərkəzinin nümayəndəsi elmlər doktoru Ventseslav Sabevin moderatorluq etdiyi tədbirin açılışında Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin icraçı direktoru səfir Tomas Qreminger, Azərbaycanın Cenevrədəki daimi nümayəndəsi səfir Qalib İsrafilov, Qırğızıstanın Cenevrədəki daimi nümayəndəsi səfir Omar Sultanov və BMT-nin Sülh Universitetinin Cenevrədəki daimi müşahidəçisi səfir David Fernandez Puyana çıxış ediblər.

T.Qreminger çıxışında Türk dünyasının Avrasiyada unikal yer tutduğunu vurğulayıb. O, Türk dövlətləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edərək, bu prosesin nəticəsi olaraq 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrildiyini bildirib. T.Qreminger əlavə edib ki, bu, təşkilatın qlobal çağırışlarla mübarizə sahəsində beynəlxalq ictimaiyyətlə daha geniş və səmərəli əməkdaşlıq imkanları yaradıb.

Səfir Qalib İsrafilov türk xalqlarının ortaq dəyərlərə əsaslanan sıx əlaqələrini tarixən qoruyub saxladıqlarını və dünya sivilizasiyasına verdiyi unikal töhfəni vurğulayıb. TDT ilə əməkdaşlıq imkanlarına toxunan səfir təşkilatın Avrasiyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafa töhfəsi baxımından əhəmiyyətini də qeyd edib.

Türk Dövlətləri Təşkilatının Sədrliyi qismində çıxış edən Qırğızıstanın Cenevrədəki daimi nümayəndəsi səfir Omar Sultanov təşkilatın məqsədləri, əməkdaşlıq imkanları və perspektivləri barədə məlumat verib.

David Fernandez Puyana BMT Baş katibinin “Yeni sülh gündəliyi” çərçivəsində regional təşkilatların sülhün və təhlükəsizliyin təmin edilməsi perspektivindən çıxış edərək, bu xüsusda Türk Dövlətləri Təşkilatının rolundan bəhs edib.

Tədbirin panel müzakirələr hissəsində əsas natiq qismində çıxış etmiş Azərbaycan Respublikasının sabiq Baş naziri və sabiq xarici işlər naziri, tarix elmləri doktoru, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov dünya elmində türk sivilizasiyası haqqında kifayət qədər araşdırmanın olmadığını vurğulayaraq, türk sivilizasiyasının tarixi təşəkkülü, türk dili və türk dövlətçiliyi tarixi, habelə mədəni təzahürləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə, həmçinin İsveçrənin Azərbaycanda səfiri olmuş Valter Giqer panelçi qismində çıxış edib. O, Qərbdə Türk dünyasına və ümumilikdə bu coğrafiyaya kifayət diqqət yetirilməməsi, regionun yeni müstəqil güc mərkəzi olaraq inkişafı, region ölkələrinin ərazilərindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətini vurğulayıb.

Əsas çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə Cenevrədə fəaliyyət göstərən akademik dairələr və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri