Icma.az
close
up
RU
Cenk Sümer: “Burdakı inkişafı hər kəs görəcək” (MÜSAHİBƏ)

Cenk Sümer: “Burdakı inkişafı hər kəs görəcək” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Cenk Sümerlə müsahibə planda çoxdan idi. Məndən və qarşı tərəfdən asılı olan/olmayan səbəblərdən yubanırdı. Nəhayət, Rüstəm Əfsərli ilə vədələşməmiz bu dəfə baş tutdu.

Əvvəlcə Rüstəm məni yeni baza ilə tanış etdi. Nəinki Azərbaycan, region üçün füsunkar sayıla biləcək şərait…
15-20 dəqiqəlik turdan sonra randevu baş tutdu – Cenk bəyin iş otağında müsahibə üçün əyləşdik:

“Beşiktaş” da “Neftçi” kimi – xalqın komandasıdır”

– İlk sualım; “Neftçi”nin ilk əcnəbi rəhbərisiniz..
– Əcnəbi yox, yoldaşıq biz. Eyni millətik.

– Aha, necə oldu bu vəzifəyə gəldiniz?
– “Beşiktaş”da işlədiyim vaxtdan tanışlıq var idi. Açığı, burda işləyəcəyim ağlımda gəlməzdi. Bir neçə dəfə danışdıq. Klubumuzun Müşahidə Şurasındakıları nəzərdə tuturam – çox qiymətli insanlardır. Planlarını, ideyalarını dedilər. Bir az həyəcanlı idim. Marketinq, idarəetmə, akademiya fəaliyyətim olmuşdu. Ancaq Azərbaycana heç yolum düşməmişdi. Türkiyədə yaşayanda, məktəbdə oxuyanda burdan tanışlarımız var idi. Bir sözlə, bu mehriban ölkəyə gəldim, vəzifəni şərəflə qəbul etdim, qürurumla işləməyə davam edirəm.

– “Beşiktaş” da ağ-qara,”Neftçi” də…
– (Gülümsəyərək) Bu məqamı “Beşiktaş”dan ayrılıb bura gələndə vida paylaşımında da qeyd etmişdim. Ki, ağ-qara səyahətə başlayıram. Uşaqlıqdan “Beşiktaş” azarkeşiyəm. Futbol sevgisini tribunalarda yaşamışam. “Neftçi”nin rənglərinin ağ-qara olması məni xüsusi cəlb etdi. “Beşiktaş” camiəsində “rəngdaşlarına” xüsusi simpatiya, maraq var., “Beşiktaş” da “Neftçi” kimi – xalqın komandasıdır.

– Sizi vəzifəyə dəvət edənlər qarşınıza hansı hədəf qoyuldu?
– İnfrastruktur yenilənməyə ehtiyac var idi. Akademiyalarda böyük işlər görülməli idi. Klubda müəyyən rejim yaratdıq. Bazamızın tam istifadəyə verilməsi üçün ciddi işlər gördük. Gündəlik ehtiyacları – yemək, fitness və s. işləri hazır etdik. Birinci mərtəbə sırf futbol komandasının ehtiyacı, ikinci mərtəbə idarəçilər, texniki heyət üçün ayrıldı. Üçüncü mərtəbə də hazırda hotel kimi fəaliyyət göstərir. Evi uzaq olan bəzi futbolçular burda qalır. Dördüncü mərtəbəyə də hotel qurmaq istəyirik. Əvəzedici komandaların taleyi məlum deyil, AFFA qərar verəcək. Bazanın gələcəkdə bu yöndən işimizə yaraması üçün hazır etmək istəyirik.

– 2012-ci ildə “Neftçi” ilk dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldi, amma həmin dönəmdən sonra klubda eniş oldu. Uzun müddətdir davam edən qara zolağı ağ zolaqla əvəzləndiyini nə vaxt görə bilərik?
– İşıq var. Mövsümün əvvəlindən də planlarımızı buna görə qurduq. Sadəcə, istədiyimiz nəticələr olmadı. Çox xal itirsək də, çox uduzmamışıq. Bəzi oyunlarda qələbə qazanmağa çox yaxın idik. Mövsümü itirməmək üçün baş məşqçi dəyişikliyinə getməyə qərar verdik. İndi nəticələr göz qabağındadır. Komanda təzyiqli oynayır, meydanda dominantlıq edir. Heyəti dəyişdik? Yox, məncə bu, ruh dəyişikliyi ilə mümkün oldu.

– Davamlı olmaqdır əsas məsələ…
– ⁠Yayın planlarını da qururuq. İnanırıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Son oyunda xal itkisinə görə çox üzüldük… Demək olar, son 4 oyunumuzun hamısında nəticəyə təsir edən hakim səhvləri oldu. Səhvlər futbolun tərkib hissəsidir, sadəcə istərdik qəsdlə olmasın. Hakim səhvlərinə görə qələbədən olduq. Amma bunlara görə özümüzü də qınayırıq, dərslər çıxarmağa çalışırıq. Qarşıdakı matçlarda inkişaf edən oyunumuzu rəqibimizə diqtə etdirməli və “üçlük”də yer almalıyıq.

– Hakimlik haqda məsələyə geniş qayıdacağıq. Bir məqamı qeyd etmək istəyirəm. Siz vəzifəyə təyin olunandan sonra media önündə brifinqdə çempionluq iddiaları barədə suallara qəti, birmənalı şəkildə cavab verməmişdiniz. Ehtiyatlı yanaşmanız birmənalı qarşılanmamışdı.
– Ümumiyyətlə, həmişə danışanda diqqətli oluram. “Neftçi” harda varsa, Avropada, liqada iddiasını qoruyur. Bu aksiomadır. Hədəf final oynamaqdır. Ancaq bu yerlərə gəlmək üçün ciddi işlər görülməlidir, hazırlıq olmalıdır. Biz hər şeydən əvvəl bir ailəyik. “Neftçi” həmişə çempionatın ən iddialı komandasıdır. Lakin rəqiblərimizə də hörmətlə yanaşmalıyıq. Biz hazırlaşdığımız kimi onlar da hazırlaşır. Daim son günə qədər mübarizəmizi aparcağıq.“Neftçi” kubokları olan klubdur. Hər böyük klubda yüksəlişlər, enişlər ola bilər. İndi yüksəlişdəyik.

“Masaya yumruq vurmağa ehtiyac yoxdur”

– Əminlik çoxdur, motivasiya?
– Bilirsiniz, doğru oyunçunu seçmək, oyun planına uyğunlaşdırmaq gördüyümüz işin ən uğurlu tərəfi olar. Məşqçini seçəndə boş seçim etmədik. Samir Abasovun da öz qabiliyyəti, təcrübəsi var. Komandanı sonuncu dəfə çempion edən odur. Dəyərli məşqçidir. Onu da seçəndə bu kriteriyalara görə seçmişdik. Məsələn, Fatih Terim “Qalatasaray” tarixinin ən uğurlu adamıdır, amma kubok qazanmayanda o da postundan ayrılıb. Bizim bəlli oyun planımız, arzusunu qurduğumuz bir “Neftçi” var. “Beşiktaş”da hər kəs dominantlıq edən, rəqibə oyununu qəbul etdirən, iştahlı oynayan, həyəcanı yaşadan, yaşayan bir komanda istəyir. Biz də “Neftçi”də bunu etmək istəyirik. Vernidubla danışıq aparanda da biz bu xəyaldaydıq və ona hədəflərimizi, planlarımızı bildirmişdik. “Neftçi” önəmli klubdur. Burda bir çox ölkədən mütəxəssislər işləmək istəyər. Biz bu dəfə Vernidub üzərində qərar verdik. Samir Abasovla da davam etmək istərdik, amma alınmadı. İndi bunun səbəbləri haqda danışmaq istəmərəm. Bizim üçün önəmli biridir.. “Neftçi” rəhbərliyi bunun məsuliyyətini dərk edir. Biz də bu yolda çalışırıq.

– Samir Abasovun məşhur bir ifadəsi vardı: hakim səhvlərinə görə “Neftçi” yumruğunu masaya vurmalıdır. Klubun belə bir ehtiyacının olduğunu düşünürsünüz?
– ⁠ “Neftçi” böyük klubdur. İndiki hakimlərin də çoxu bu komandanı izləyərək böyüyüb… Masaya yumruq vurmağa ehtiyac yoxdur. Futbol səhvlər oyunudur. Bəzən hakimlər, bəzən futbolçular, bəzən azarkeşlər, bəzən idarəçilər səhv edir. Burda vacib məqam danışıb, həll yolunu tapmaqdır. AFFA ilə sıx ünsiyyətimiz var, orda hər kəs təcrübəlidir. Ordakılar da Azərbaycan futbolunun səviyyəsini artırmaq istəyir. İstər milli komandalar, istər klublar səviyyəsində. Qurumlarda bəzən axsamalar, səhvlər olur. Necə ki, biz dərs çıxarırıq, onlar da çıxarmalıdır. Şamaxıda son dəqiqədə penalti qoluna görə xal itirdik. Bəlkə, qələbə qazansaydıq da, dərs çıxarmalı olduğumuz məqamlar var idi. Səhvləri səbirlə həll etməliyik. Biz azarkeş deyilik, daha təmkinli olmalıyıq. Onlar kimi düşünməməliyik. Hər şeyə, hakimlərə, futbolçulara, yarışın təşkilatçılarına, quruma, özümüzə hörmətlə yanaşmalıyıq. Bundan sonra da səhvlərimizdən dərs çıxararaq, nəticələr qazanmalıyıq.

– Sanki Samir Abasovla problemli ayrıldınız. Təzminat məsələsi, onun açıqlamaları və s… Əslində necə idi? Ayrılığın detallarını bilmək istərdik.
– Abasovla səmimi söhbətimiz oldu, nəzakətsizlik yox idi. O, peşəkar davrandı. Düzdür, ayrılıqlar üzücü olur, ancaq aramızda anlaşmazlıq olmayıb. Komandanı çempion etmək iddiası var idi. İstədiyi heyəti verdik, özü də açıq bildirirdi bunu, keyfiyyətli oyunçular aldıq. Alınmadı və yollarımızı ayırdıq. Müqavilədə nə necə qeyd olunmuşdusa, ona uyğun. Abasov bizdən əlavə nəsə istəməyib. Aramızda problem yoxdur. Hazırda da bilirik ki, Abasov “Neftçi”nin uğurunu uzaqdan da olsa izləyir, komandanın yaxşı nəticələrini arzulayır. Buna əminəm. Keçmiş futbolçumuzdur, bazamızın divarlarında fotosu var. “Neftçi”nin mirasını daşıyır.

“İnsanlar bəzən hiss etməyə bilər, amma “Neftçi” dünyada özünü sübut etmiş klubdur”

– Və Vernidub… Niyə o?
– Namizədlər çox idi. Lakin versiyalar üzərində iş yalnız Samir Abasovun gedişindən sonra başladı. “Neftçi” dünyanın izlədiyi bir klubdur. Çox sayda əcnəbi namizədi nəzərdən keçirdik, yerli mütəxəssis adları da var idi. Biz ilk növbədə “iştahlı futbol” oynadan, dominantığa üstünlük verən axtarırdıq. Beləcə Vernidubla davam etmək qərarı verdik. Bəzən günün 13-14 saatını işləyir.

– Azərbaycanda Mpenza, Esyen, Honda kimi məşhurlar oynayıb. Ancaq o qədər uğurlu olmayıb. Abubakar da gələndə düşünülürdü ki, o sıradan olacaq. Ancaq getdikcə azarkeşlərin sevimlisinə çevrilir.
– “Neftçi”yə gəlib, sıradan bir kluba yox. Abubakarın “Beşiktaş”a transferində də rolum olub. “Hatayspor”a keçməzdən əvvəl də danışığımız olmuşdu, amma razılıq əldə edilməmişdi. Bu dəfə danışdıq və “Neftçi”yə gəldi. Əmin idim ki, o bura gələndə fərq yaradacaq. Son oyunda da iki qol vurdu. Vəzifəsini bilir, işinə, məşqçilər korpusuna, komanda yoldaşlarına böyük hörmət edir. Əsl pəkardır. Üzərində çox çalışır. Əlavə məşqlər edir. Onu görən digər futbolçular da həvəslənir, əlavə fərdi məşqlər edirlər.. Gənc oyunçularımız var, akademiyaya da Belçikadan oyunçu (Mamadi Diavara) gətirmişik. “Anderlext”in yetirməsidir. Bu cür uşaqlara da Abubakar yaxşı örnəkdir. Mən də onun burda olmasından qürur duyuram.

– Gələcəkdə onun kimi namizəd olsa, yenə gətirməyi düşünərsiniz?
-Niyə də yox… Bizə büdcə baxımdan çətinlik yaradan biri də deyil. İnsanlar bəzən hiss etməyə bilər, amma “Neftçi” dünyada özünü sübut etmiş klubdur.

“Könül istərdi ki, “Qarabağ” bunun nəticəsini görərdi”

– Abubakardan danışmışkən, hakimliklə bağlı tənqidi sözləri olmuşdu. Azarkeşlər düşünür ki, onun bu açıqlamasından sonra “Neftçi”yə qarşı “hakim səhvləri” oldu. Son oyundan sonra Emin Mahmudov da sərt açıqlama verdı…
– Abubakarın hakimlərin daha inkişaf etməli olduğunu bildirib. İllərlə yüksək səviyyəli liqalarda, komandalarda, millidə oynamış futbolçudur. Təcrübəsi var. Bir şeylər deyirsə, deməli, boş danışmaz… Hakimlər də həkimlər kimi, hər gün oxumalıdır, öyrənməlidir. Eminin də fikirlərinə hörmət edirəm. Əmək sərf edən bir oyunçudur, millinin kapitanıdır. Ölkənin ən dəyərli oyunçularındandır. Məncə, belə açıqlamaların pis təsiri yoxdur. Şamaxıdakı epizodda hakim birinci qərarını qayda pozuntusu verdi, sonra VAR-ın təsiri ilə dəyişdi. Kaş, belə səhvlər olmazdı. AFFA ilə də danışmışdıq, orda da təcübəli inasnlar var. Düşünürük ki, bunlardan dərslər çıxarılar. İstəyirik ki, qərarlar ədalətli olsun.

– “Qarabağ”la oyunun təxirə salınması çox müzakirə olundu. Sizcə, buna ehtiyac var idimi? Və buna görə sizə təzyiq olundumu?
– Birinci PFL-dən müraciət gəldi. Məşqçilər korpusu ilə müzakirə etdik, nəticədə oynamaq istədiyimizi bildirdik. “Qarabağ”la oyunumuz onların tempinə çox təsir etməzdi. İdman prinsipləri var… Bir müddət keçdi, ictimaiyyətdə fikirlər çıxdı, Qurban Qurbanovun açıqlaması oldu. Yenidən müraciət etdilər. Vernidub Çempionlar Liqasında “Real”a qalib gəlmiş məşqçidir. Əslində oynamalıydıq, çünki təxirəsalınma bizə ziyanlıydı. Həmin ərəfədə yoxlama oyunu keçirməyə rəqib tapmadıq. Tempi itirmək istəmirdik. Yenidən müraciət gələndə məşqçimizlə danışdıq, dedi, eybi yox… Razılıq verdik. Könül istərdi ki, “Qarabağ” bunun nəticəsini görərdi. Əfsuslar olsun, alınmadı. “Qarabağ”la oyunöncəsi uğurlu temp yaxalamışdlq, bundan istifadə etmək istərdik. Olmadı.

“Burdakı inkişafı hər kəs görəcək”

– Akademiyadan da danışaq. Neçə ildir, binası natamamdır. Bu məsələdə irəliləyiş gözlənir?
– Üçü təbii, biri süni olmaqla 4 açıq meydançamız var. Biri də qapalı, o sırf akademiya üçündür. Ancaq bu imkanlar tam yetərli deyil. U-7-dən U-13-ə qədər olan uşaqlar qapalı və bəzən açıq meydançada məşq edirlər. Digər qruplar isə açıq meydançalardadır. Nəzərimizdə tutduğumuz yeni akademiya modelində minimum 4 meydança ehtiyacı var. Onu da bazanın ərazisində etmək çətindir. Yeni bir ərazidə baza/akademiya yaratmaq planımız var. Burdakı isə sırf idman mərkəz kimi istifadə ediləcək. İki yer barədə müzakirələr gedir, tezliklə seçim edib işlərə başlayacağıq. Məqsədimiz uşaqların həm oxuyacaqları, düzgün qidalanacaqları, fitness məşqləri edə biləcəkləri, texniki teoremləri öyrənə biləcəyi bir mühit hazırlamaqdır. Bu plan üzərində çalışırıq.

– Yaxın plandır, ya uzaq?
– Orta. Bu mövzuda müsbət addımlar atılır, sizi də məlumatlandıracağıq. Həm məşqçi, həm futbolçu yetişdirən bir klub olmaq istəyirik.

– Bunlar qlobal məsələdir. Mövcud duruma görə hansısa yenilik gözlənilirmi? Məsələn, akademiyada keyfiyyətli kadr dəyişikliyi nəzərdə tutulurmu?
– Elxan Abdullayevi akademiyanın koordinatoru vəzifəsinə gətirmişik. Sənan Qurbanov akademiyada işinə davam edir, Atilla Küçüktaka və Fuad Əsədov kimi təcrübəli qapıçı məşqçilərimiz var. Baş məşqçimiz və köməkçiləri də akademiyanın məşqçilərinə dəstək verməyə başlayıblar. Akademiyada işlər görmək üçün proseslər davam edir. A komandasındakı ciddiyəti akademiyaya da yansıtmaq istəyirik. Burdakı inkişafı hər kəs görəcək. Bu haqda qısa zamanda məlumatlar veriləcək. Bilirik, azarkrşlər çox şey gözləyir. Klubun sahibi azarkeşlərdir. Sadəcə, daha rasional olmaq məcburiyyətindəyik. Xarakterimizi, davranışlarımızı, emosiyalarımızı düzgün istifadə etmək məcburiyyətindəyik. Bəzən yaxşı işlər gec nəticə verə bilər, əsas odur, tələsik qərarlar verilməsin.

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Mart 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri