Icma.az
close
up
RU
Cənnət Kəlbəcər doğmalarına qucaq açdı

Cənnət Kəlbəcər doğmalarına qucaq açdı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uca dağlar qoynunda dünyanın gözəl şəhərlərindən biri salınır

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu bölgələrdə müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd–yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.

Dövlətimizin başçısının işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri    zamanı həmin ərazilərdə aparılan tikinti–quruculuq işləri çərçivəsində inşa edilən yaşayış binalarının, yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması, yaxud istifadəyə verilməsi həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna önəm daşımaqla yanaşı, dünyaya önəmli bir mesajdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də  Kəlbəcərə səfərləri və bu çərçivədə şəhərdə 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olmaları, buraya köçən sakinlərlə görüşmələri, eləcə də bir sıra infrastruktur obyektlərin açılışlarında, eyni zamanda, təməlqoyma mərasimlərində iştirak etmələri dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində tamamilə yenidən qurulacağına, insanların öz doğma el–obasına qayıdacaqlarına, işğaldan azad olunan torpaqlarımızda  həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirir.  

Xatırladaq ki, azad edilmiş ərazilərin bərpası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində işlər Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində uğurla davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, hazırda Böyük Qayıdış prosesi ölkəmizin sosial–iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsi kimi diqqət çəkir.  

Prezident İlham Əliyev Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərinə köçən sakinlərlə görüşündə  bu barədə ətraflı danışıb, eyni zamanda, rayon sakinlərinin doğma od-ocaqlarına qayıdıçı barədə deyib: “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz –bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bərpa – quruculuq işləri ilə yanaşı,   məskunlaşma da sürətlə davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salınıb. Rayona  səfər edən Prezident İlham Əliyev və  birinci xanım Mehriban Əliyeva buraya köçən sakinlər ilə görüşüb, eyni zamanda, dövlətimizin başçısı 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Mərasimdə bildirilib ki, yeni kompleksin ümumi ərazisi 7,6 hektar olacaq. 476 mənzili əhatə edən kompleksdə 4 və 5 mərtəbəli 29 bina yerləşəcək. Bu binalara  köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün bütün zəruri infrastruktur qurulacaq. Belə ki, yaşayış kompleksində  məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində iştirak etdikləri Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində isə bildirilib ki,  yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya, ümumilikdə, 807 ailənin köçürüləcək. 4 mərtəbəli 26 binadan ibarət yaşayış kompleksində 807 mənzil inşa ediləcək 

Prezidenti İlham Əliyev Kəlbəcərdə olarkən burada şəhər parkının təməli  də qoyulub. Vurğulanıb ki, şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksinin, təxminən, 11 hektar ərazini əhatə edəcəyi nəzərdə tutulub. Bu sahənin 9 hektarında yaşıllıqların salınacağı, istirahət zonalarının, idman və sağlamlıq guşələrinin, eləcə də uşaqlar üçün əyləncə və ekstremal macəra sahələrinin yaradılacağı qərara alınıb. Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulub. 

Bir sözlə, parkda həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq. Dağlarla əhatələnmiş, əsrarəngiz təbiəti ilə seçilən Kəlbəcər şəhərində inşa olunacaq bu yeni istirahət mərkəzi bölgənin gözəlliyinə yeni rəng qatacaq və turizm potensialını daha da gücləndirəcək.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunda  görülən işlərlə tanışlıq çərçivəsində magistralın 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ  tunelinin texniki açılışı reallaşıb. Xatırladaq ki, 2021-ci ilin avqustunda bu yolun təməli qoyulub.  

Onu da qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri olan və  uzunluğu 82 kilometr olan Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunun 56 kilometrini Toğanalı – Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər – İstisu hissəsi təşkil edir.

Dövlətimizin başçısının Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunda  görülən işlərlə tanışlığı zamanı  bildirilib ki, magistralın 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun istismarı çətinliyi ilə ciddi narahatlıq doğurur.   Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. 

Tunelin iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olması planlaşdırılıb. Burada qazma, eləcə də sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunelin də əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində, ümumilikdə, işlərin 87 faizi icra olunub.

Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçərək  məşhur İstisu istirahət zonasına qədər uzanacaq. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə də rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına böyük töhfə  verəcək.

Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası isə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri zamanı rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları istifadəyə verilib. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl” enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib. Bu stansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində isə ikinci suqəbuledici yaradılıb. 

Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə, ümumilikdə, 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularla təchiz olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz “yaşıl” enerji ilə, təxminən, 25 min nəfərin elektrik enerjisi ilə təmin olunacağı nəzərdə tutulub. 

“Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisi  istehsal olunacaq. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. 

“Çaykənd” kiçik su elektrik stansiyasının isə gücü 5 MVt-dır. Bu, “AzərEnerji”nin   Kəlbəcərdə istismara verdiyi sayca on birinci “yaşıl” enerji obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin – Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. 

Təxminən 7 min nəfəri ekoloji təmiz “yaşıl” enerji ilə təmin edəcək bu stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək. Rəqəmsal qaydada açılıb –qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. 

Stansiyanın enerjisistemə inteqrasiyası üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib. İnfrastruktur ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3,2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub.  

Xatırladaq ki, dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda əlavə 3 su elektrik stansiyasının istismara verilməsi ilə bu cür stansiyaların sayı, ümumilikdə, 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Sistemli şəkildə tikilib istismar olunan bu stansiyalar artıq iqtisadiyyata, “yaşıl” enerjinin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verməyə başlayıb. İndiyədək su elektrik stansiyalarında 1,5 milyard kVts “yaşıl” enerji istehsal olunub, 335 milyon kubmetr qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

V.BİNYATOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see221

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see207

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see195

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see187

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see187

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see186

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see183

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see181

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see180

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see180

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see177

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see177

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see176

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see176

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see175

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see174

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see171

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see156

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see155

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri