Cennifer Li Morqan: Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində bərpa olunan enerji ilə bağlı daha konkret mesajlar verilməlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xüsusi nümayəndəsi Cennifer Li Morqan (Jennifer Lee Morgan) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, verilən mesajlarda bərpa olunan enerji ilə bağlı təcrübələrin davam etdirilməsi ilə yanaşı, həm də onlara keçidin sürətləndirilməsi məsələsinə toxunulmalıdır: "Enerji toplanma anbarları və enerji şəbəkələri ilə bağlı infrastruktur təkmilləşdirilməlidir. "Yaşıl enerji" sahəsində çalışan işçi qüvvəsinə diqqət ayrılmalı və bacarıqları artırılmalıdır. Verilən mesajlarda enerji sektorunun karbonsuzlaşdırılması, 1,5°C temperatur hədəfinə çatmaq üçün kömürdən imtina da yer almalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















