Icma.az
close
up
RU
Bakıda bazarlar bağlansa, yetim yesir hara üz tutacaq? “Qayda qanun vacibdir”

Bakıda bazarlar bağlansa, yetim yesir hara üz tutacaq? “Qayda qanun vacibdir”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bazarların bağlanması, ilk növbədə, supermarketlərin hazırki inhisarçı mövqeyini möhkəmləndirəcək. Amma düşünmürəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bazarları bağlamağı qarşısına məqsəd qoysun”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Akif Nəsirli deyib və paytaxtda mövcud bazarların tezliklə ləğv ediləcəyi iddiasını şərh edib.

Hazırda Bakıda məhdud sayda bazar qalıb. Diqqəti bu məqama yönəldən A. Nəsirli Bakı şəhərində yerləşən bazarları əhali üçün daha əlçatan və alternativ yaradan yeganə obyekt adlandırıb:

"Onların bağlanması tamamilə yanlış yoldur. Bu, Azərbaycan iqtisadiyyatı kimi tamamilə inhisarlaşmış iqtisadiyyatın daha bir seqmentində vəziyyəti kəskinləşdiririk. Fermerlər heç olmasa vasitəçilər vasitəsi ilə bu bazarla əlaqə saxlaya bilirlər. Müştərinin seçim imkanlarını məhdudlaşdırmaq bazar iqtisadiyyatının təməl prinsiplərinə daban-dabana ziddir”.

Bununla belə, ekspert vurğulayıb ki, bazarlarda qayda-qanunu yaratmaq vacibdir:

“Bazar iqtisadiyyatının 2 əsas prinsipi var: liberal qiymət və azad rəqabət. Bu ikisi bir-birini tarazlayır. Əgər rəqabət kəskindirsə, sən qiyməti qaldıranda bazar səni kənara atacaq. Ona görə də nə qədər çox alternativ olarsa, bir o qədər yaxşıdır. Amma Bakı bazarlarında antisanitariyanın aradan qalxması, məhsulların girişinin səliqəli formada həyata keçirilməsi mühüm şərtdir. Əhali qida məhsulları alır, niyə kimsə oradan zərər çəkməlidir?! Bazarlarda qayda-qanun vacibdir, lakin bazarların fəaliyyətini davam etdirmək ondan da vacibdir”.

A.Nəsirli qeyd edib ki, fermerlərə bazara birbaşa giriş imkanı yaradılmalıdır:

“Yəni fermer birbaşa bazara girib, orada məhsul satmaq imkanına malik olsun. Nə qədər ki, bunu təmin edə bilməmişik, daimi paytaxta kənd təsərrüfatı məhsullarının axınını təmin edə bilməyəcəyik. Paytaxt və regionlar arasında məhsul qiymətlərindəki fərqi aradan qaldırmaq çətinləşəcək”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri