Icma.az
close
up
RU
NATO nun Azərbaycan hərbçiləri ilə təlim keçirməsi barədə protokol imzalanıb

NATO nun Azərbaycan hərbçiləri ilə təlim keçirməsi barədə protokol imzalanıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri ilə nazirliyin mütəxəssisləri arasında “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü” təliminin II koordinasiya görüşü keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, general-mayor Vüqar Əliverdiyev Azərbaycan hərbçilərini NATO standartları ilə tanış etmək, onlara operativ planlaşdırma, komanda-idarəetmə prosedurları, NATO üslublu təlimlərin operativ və taktiki səviyyədə planlaşdırılması, o cümlədən icrası barədə biliklər vermək məqsədilə NATO-nun mobil təlim qrupunun təşəbbüsü ilə Azərbaycan-NATO arasında IPCP çərçivəsində mütəmadi olaraq təlim və kursların keçirildiyini bildirib.

Planlaşdırılan təlimin Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə, Azərbaycan Ordusunun NATO standartlarına uyğun operativ hazırlıq səviyyəsinin artırılmasına, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin regionda sülhə və sabitliyə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.
Görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təlimin keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri