Polislərin Luvr muzeyinə 30 saniyə gecikməsi ilə oğrular hadisə yerindən qaça bilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polisin Luvr muzeyindən oğurluq edən şəxsləri saxlaması üçün cəmi 30 saniyə çatmayıb.
APA Fransa mətbuatına istinadən xəbər verir ki, Parisdəki muzeydəki təhlükəsizlik boşluqları və polislərin hadisə yerinə 30 saniyə gecikməsi ilə oğrular muzeydən qaça biliblər.
Fransanın Mədəniyyət Nazirliyinin göstərişi ilə aparılan araşdırmada məlum olub ki, oğurluğun baş verdiyi məkanda cəmi iki kamera işlək vəziyyətdə olub.
Təhlükəsizlik otağında kameralara nəzarət panelində isə müşahidəni tam aparmaq üçün kifayət qədər ekran olmayıb.
Əlavə olaraq, polis və təhlükəsizlik əməkdaşları oğurluq baş verəndən 30 saniyə sonra hadisə yerinə çatıblar.
Qeyd edək ki, oktyabrın 19-da Luvr muzeyindən 102 milyon dollarlıq qiymətli cəvahirat oğurlanıb və indiyə qədər tapılmayıb.
Hadisə ilə bağlı bir neçə nəfər şübhəli şəxs həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















