Cennifer Lopesin bütün münasibətlərinin uğursuzluğunun SƏBƏBİ: “Onlar sevgiyə qadir deyillər”
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ulduz özünü sevməyi bu yaxınlarda öyrəndiyini açıqlayıb.
Amerikalı müğənni və aktrisa Cennifer Lopes keçmiş münasibətləri ilə bağlı səmimi etiraflar edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 56 yaşlı məşhur keçmiş sevgililərindən heç birinin onu əsla sevmədiyini açıqlayıb. Bu il Ben Afflekdən rəsmən boşanan aktrisa The Howard Stern Show podkastına verdiyi müsahibədə partnyorlarının həmişə qayğıkeş görünməyə çalışdıqlarını, lakin heç bir emosional yaxınlığın olmadığını qeyd edib.
"Mən başa düşdüm ki, problem məndə deyil, onlardadır. Onlar sadəcə olaraq sevgiyə qadir deyildilər. Birincisi, özünüzü qəbul etməyi və qiymətləndirməyi öyrənməlisiniz", - Lopes deyib.
Ulduzun dediyinə görə, kişilər ona hər şeyi - üzüklər, dəbdəbəli evlər, evlilik - verdilər, amma ona ən vacib şeyi - səmimiyyəti vermədilər. Yalnız zaman keçdikcə əsl sevginin özünü sevməkdən başladığını anlayıb.
Qeyd edək ki, Cennifer Lopesin Ben Affleklə evliliyi cəmi iki il davam edi - bu, müğənninin dördüncü toyu olub. Əvvəllər o, aktyor Oani Noa, rəqqas Kris Cadd və müğənni Mark Entoni ilə evli olub, 17 yaşlı Maks və Emmi adlı əkizlərini böyüdür.
Xatırladaq ki, Cennifer Lopes boşanmasına baxmayaraq, bu yaxınlarda Ben Affleklə ictimaiyyət qarşısında çıxış etmişdi. Keçmiş sevgililər müğənninin baş rollardan birini ifa etdiyi "Hörümçək qadının öpüşü" musiqili filminin premyeradan əvvəl nümayişi zamanı qırmızı xalçada birlikdə görünüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 20 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















