Cənub bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənub bölgəsi, 12 dekabr, İlkin Adıyev, AZƏRTAC
Cənub bölgəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ilə bağlı müxtəlif anım tədbirləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarında görkəmli dövlət xadiminin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.
Tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən bəhs ediblər.
Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, dövlət qurumlarının rəhbərləri, gənclər, şəhid ailələri və qazilər iştirak ediblər. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, xalqın rifahının yüksəldilməsində və müasir Azərbaycanın qurulmasında oynadığı misilsiz rol bir daha vurğulanıb.
Anım tədbirləri çərçivəsində, həmçinin muzeylər və memorial yerlər ziyarət edilib, Ulu Öndərin irsi haqqında geniş məlumatlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















