Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Cənub Qaz Dəhlizi Avrasiyada strateji əməkdaşlıq platformasına çevrilib ŞƏRH

Cənub Qaz Dəhlizi Avrasiyada strateji əməkdaşlıq platformasına çevrilib ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın regionda formalaşdırdığı yeni enerji əməkdaşlığı modelinin mühüm göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova deyib.

O bildirib ki, bu platforma artıq enerji layihələrinin müzakirə olunduğu texniki toplantı olmaqla yanaşı, Avrasiya məkanında iqtisadi, hüquqi və siyasi koordinasiyanın qurulduğu strateji dialoq məkanı kimi tanınır. Azərbaycan isə bu prosesdə həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit ölkə kimi iştirak edir.

Ekspertin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin regional əməkdaşlığa təsiri ilk növbədə enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya baxımından özünü göstərir. Azərbaycan qazının Avropa bazarlarına çatdırılması region ölkələri arasında qarşılıqlı güvəni artırır, yeni infrastruktur layihələrinin həyata keçirilməsini stimullaşdırır və enerji bazarında şaxələndirməni təmin edir. Beləliklə, layihə iqtisadi sabitliyə və uzunmüddətli strateji tərəfdaşlıqlara xidmət edən mühüm amil kimi xarakterizə olunmağı haqq edir.

İctimai birlik sədri qeyd edib ki, digər diqqətçəkən məqam enerji gündəminin artıq yalnız təbii qazla məhdudlaşmamasıdır. Bakıda keçirilən müzakirələrdə yaşıl enerji və bərpaolunan enerji layihələrinin də paralel gündəmə gətirilməsi Azərbaycanın regional enerji siyasətini gələcəyin çağırışlarına uyğun şəkildə formalaşdırdığını göstərir. Onun fikrincə, Xəzər regionunun böyük bərpaolunan enerji potensialının Avropa enerji sisteminə inteqrasiyası bu baxımdan yeni əməkdaşlıq imkanları açır.

“Bütün bunlar Cənub Qaz Dəhlizinin böyük enerji layihəsi olmaqla yanaşı, regionda sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı maraqların təmin olunmasına xidmət edən strateji platforma olduğunu göstərir. Azərbaycan isə bu platformanın mərkəzində dayanaraq həm enerji təhlükəsizliyinə töhfə verir, həm də regionlararası əməkdaşlığın yeni modelini formalaşdırır”, - deyə Arzu Bağırova vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri