Icma.az
close
up
RU
Bakı enerji diplomatiyasının mərkəzində Cənub Qaz Dəhlizi və Yaşıl enerji strategiyası

Bakı enerji diplomatiyasının mərkəzində Cənub Qaz Dəhlizi və Yaşıl enerji strategiyası

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal enerji xəritəsinin yenidən çəkildiyi bir dövrdə Azərbaycan bu dəyişikliklərin mərkəzində dayanaraq həm öz milli maraqlarını, həm də regional və qlobal enerji təhlükəsizliyini təmin edən mühüm təşəbbüslərə imza atır.

Bu günlərdə Bakıda keçirilən iki mühüm beynəlxalq tədbir - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasıYaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası - Azərbaycanın enerji siyasətinin həm ənənəvi, həm də alternativ istiqamətlərdə strateji və balanslı şəkildə qurulduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti, Azərbaycanın enerji təchizatçısından etibarlı tərəfdaşa çevrilməsinə səbəb olub. Bu tədbirlər xüsusilə Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının diversifikasiyası və yaşıl enerji potensialının beynəlxalq bazarlara inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi layihəsi artıq reallığa çevrilmiş və Avropanın enerji təhlükəsizliyində əsas rollardan birini oynayan strateji bir dəhliz kimi qəbul edilir. Eyni zamanda, Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, xüsusilə Xəzər dənizi hövzəsindəki külək enerjisi ehtiyatları ölkənin yaşıl enerji ixracatçısına çevrilməsi üçün real zəmin yaradır. Bu baxımdan, yaşıl enerjiyə dair əməkdaşlıq platformalarının formalaşdırılması, həm siyasi, həm də texnoloji baxımdan tərəfdaş ölkələrlə qarşılıqlı etimadı möhkəmləndirir.

Azərbaycan enerji gündəmini necə dəyişir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu, çox önəmli bir toplantıdır:

"Artıq Azərbaycan müxtəlif sahələr və mövzular üzrə dünyada söz sahibi olan bir ölkəyə çevrilmişdir. Xüsusilə neft və qaz ixracı sahəsində, həmçinin qlobal enerji təhlükəsizliyində, o cümlədən, Avropa və digər region ölkələrinin enerji təminatında mühüm rol oynayırıq. Azərbaycan bu sahədə həm təchizatçı, həm də strateji tərəfdaş kimi çıxış edir. Biz, eyni zamanda, bu kimi mühüm beynəlxalq toplantılar vasitəsilə faydalı və maraqlı müzakirələrin aparıldığı bir platformaya çevrilmişik. Günümüzdə yaşıl enerji məsələsi, ona olan tələbat və maraq sürətlə artmaqdadır. Belə bir zamanda, 29 ölkənin iştirak etdiyi, Azərbaycanın sədrlik etdiyi və təşkilatçısı olduğu bu tədbir, yaşıl enerji sahəsində də ölkəmizin təşəbbüskar mövqeyini ortaya qoyur. Təbii ki, biz bu mövzuya biganə qala bilmərik. Yaşıl və alternativ enerji sahəsində proseslərin sürətləndirilməsi üçün bu toplantı da çox vacib bir müzakirə meydanıdır".

Mübariz Göyüşlü: Ölkəmiz enerji siyasəti istiqamətində böyük uğurlar üçün çalışır

Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlərdən sonra Azərbaycanın verdiyi töhfə sayəsində, dünya üçün bu qədər vacib məsələlər – enerji təhlükəsizliyi, yaşıl keçid və davamlı inkişaf daha da aktuallaşır və reallaşır:

"Regionun enerji diplomatiyasının mərkəzində dayanan Azərbaycan bir tərəfdən Cənub Qaz Dəhlizi ilə Avropaya etibarlı və uzunmüddətli təbii qaz təchizatı təmin edir, digər tərəfdən isə bərpaolunan enerji sahəsində irimiqyaslı layihələr vasitəsilə yaşıl gələcəyə doğru inamla addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan bu iki paralel enerji xətti – mavi yanacaq və yaşıl enerji Azərbaycanın çevik, çoxşaxəli və gələcəyə hesablanmış enerji strategiyasının bariz nümunəsinə çevrilib. Əlbəttə, burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin rolu xüsusilə qeyd olunmalıdır. Onun uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan bu cür mühüm platformalara ev sahibliyi edən, təşəbbüskar və strateji tərəfdaş ölkəyə çevrilmişdir. Biz bu istiqamətdə daha böyük uğurlar üçün çalışırıq və növbəti bir mühüm nailiyyəti qeyd etməkdən qürur duyuram".

Nəticə olaraq siyasi şərhçi qeyd edib ki, bu iclaslar nəticəsində Azərbaycan artıq yalnız regional deyil, qlobal enerji gündəminin formalaşdırılmasında fəal və təsirli rol oynayan bir ölkə olduğu sübut olundu:

"İstər Cənub Qaz Dəhlizi kimi strateji layihələr, istərsə də yaşıl enerji istiqamətində atılan ardıcıl addımlar Azərbaycanı gələcəyin enerji xəritəsində mərkəzi mövqedə saxlayır. Bu uğurların təməlində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət, çevik diplomatik addımlar və dayanıqlı tərəfdaşlıqlar dayanır. Azərbaycan bundan sonra da enerji təhlükəsizliyi, təchizat marşrutlarının şaxələndirilməsi və bərpaolunan enerji potensialının reallaşdırılması sahəsində mühüm töhfələr verməyə davam edəcək. Bu cür mötəbər tədbirlərin Bakıda keçirilməsi isə ölkəmizin etibarlı tərəfdaş, sabit platforma və təşəbbüskar dövlət imicini daha da gücləndirir. Beləliklə, Azərbaycan dünya üçün strateji əhəmiyyətə malik məsələlərin müzakirə və qərar məkanına çevrilməkdə davam edir".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri