Cənubi Afrika nümayəndəsi: COP29da insan hüquqları üzrə təcrübəmi bölüşmək istəyirəm AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 noyabr, AZƏRTAC
COP29 konfransında iştirak etməkdən çox məmnunam. Fəaliyyət göstərdiyim insan hüquqları sahəsi üzrə təcrübəmi konfransda bölüşmək istəyirəm. Həmçinin başqa ölkələrin burada paylaşdığı təcrübələri öyrənməkdə maraqlıyıq.
Bunu AZƏRTAC-a müsahibəsində Cənubi Afrikanın İnsan Hüquqları Komissiyasının nümayəndəsi Aseza Artur Qunqubel deyib.
A.Qunqubel bildirib ki, COP29 konfransı çərçivəsində Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşkil etdiyi iclaslara qatılacaq: “Biz azərbaycanlı həmkarlarımıza insan hüquqları sahəsində Cənubi Afrikada apardığımız işlər barədə məlumat verəcəyik. Qeyd etməliyəm ki, COP29 yüksək səviyyədə təşkil edilib. Burada hamı çox qonaqpərvərdir, texniki heyət hər məsələdə bizə kömək etməyə çalışır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















