Icma.az
close
up
RU
“CHARACTERS” Müasir Dramaturgiya Festivalı yeni pyes müsabiqəsini elan edib

“CHARACTERS” Müasir Dramaturgiya Festivalı yeni pyes müsabiqəsini elan edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 noyabr, AZƏRTAC

“CHARACTERS” Müasir Dramaturgiya Festivalı “EURODRAM” Avropa teatr tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində pyes müsabiqəsini elan edib.

AZƏRTAC xəbər verir ki, dramaturq İsmayıl İmanın kuratorluğu ilə 2023-cü ildə təsis edilmiş “CHARACTERS” Müasir Dramaturgiya Festivalı müəlliflərin yazı prosesinə marağını artırmaq və dramaturqlar, rejissorlarla teatrlar arasında əlaqələri gücləndirmək məqsədi daşıyır.

Təhsil proqramları, həm Azərbaycan, həm də xarici müasir pyeslərin oxunması ilə yanaşı, festival orijinal mətnlər və Azərbaycan dilinə tərcümələr üzrə artıq iki müsabiqə keçirib. Keçən il Şəbnəm Xeyrullanın “Arqon” pyesi müsabiqənin qalibi olub və səhnə həyatı qazanaraq Azərbaycan Dövlət YUĞ Teatrında, eləcə də ölkənin digər səhnələrində tamaşaya qoyulub.

“Azərbaycan pyesləri – 2026” müsabiqəsinə son beş il ərzində 18–50 yaş arası dramaturqlar tərəfindən yazılmış əsərlər qəbul olunur.

Ərizələrin qəbulu 2025-ci il noyabrın 1-dən 2026-cı il fevralın 1-dək davam edəcək. Seçim nəticəsində üç qalib müəyyən ediləcək və onların adları gələn ilin mart ayında elan olunacaq.

Əsasnaməyə əsasən, bu dramaturgiya müsabiqəsi “CHARACTERS” Müasir Dramaturgiya Festivalının tədbirləri çərçivəsində keçirilir. Qəbul edilmiş pyeslər əsasında ekspert münsiflər heyəti uzun siyahını (long-list), qısa siyahını (short-list) və üç qalibi (birinci, ikinci və üçüncü yerlər) müəyyən edəcək.

Təşkilatçılar vurğulayırlar ki, uzun və qısa siyahıların mövcudluğu təqdim edilən işlərin sayından və keyfiyyətindən birbaşa asılı olacaq:

• Birinci, ikinci və üçüncü yerləri tutan müəlliflər festivalın sertifikatlarını alacaqlar;

• Birinci, ikinci və üçüncü yerləri tutan əsərlər Azərbaycan Respublikasının dövlət və özəl teatrlarına səhnələşdirmə üçün tövsiyə olunacaq;

• Müəlliflər pyeslərinin mövzusunu və janrını seçməkdə azaddırlar;

• Müsabiqədə yaşadığı şəhər və ya ölkədən, təhsilindən və peşəsindən asılı olmayaraq, Azərbaycan dilində yazan müəlliflər iştirak edə bilərlər;

• Pyeslər Azərbaycan dilində yazılmalıdır;

• Müsabiqəyə müraciət anına qədər peşəkar teatr səhnəsində hələ səhnələşdirilməmiş və son beş il ərzində yazılmış əsərlər qəbul olunur;

• Bir müəllifdən ən çox üç pyes qəbul edilir;

• Əsər ədəbi əsərin səhnələşdirilməsi (Инсценировка) olmamalıdır;

• Aşağı və orta məktəb yaşlı uşaqlar üçün yazılmış pyeslər nəzərdən keçirilmir;

• Əvvəlki illərdə müsabiqəyə təqdim edilmiş əsərlər qəbul edilmir;

• Təqdim edilmiş pyeslərə rəy verilmir;

• Əsərlər 2026-cı il fevralın 1-dək (həmin gün daxil olmaqla) elektron formada (pdf, doc, docx) aşağıdakı ünvana göndərilməlidir: [email protected].

Müşayiətedici məktubda (və ya Giriş məktubu) müəllif haqqında bu məlumatlar göstərilməlidir: ad və soyad, doğum tarixi, yaşayış yeri, təhsil, peşə, pyesin yazılma ili, telefon nömrəsi və elektron poçt ünvanı. Bu məlumatlar göstərilmədiyi halda əsərlər nəzərdən keçirilməyəcək.

Müsabiqənin və ümumilikdə festivalın şərtləri və mərhələləri dəyişə bilər, bu dəyişikliklər media vasitəsilə və festivalın Instagram səhifəsində (@characters.az) dərc olunacaq.

Əsərlər əvvəlki tərkibdə qalmış münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək və qiymətləndiriləcək. Münsiflər heyətinin tərkibi bunlardır: teatrşünaslar İsrafil İsrafilov, Elçin Cəfərov və Aliya Dadaşova, rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev.

Layihənin məqsədi aktual mövzuları əks etdirən və Azərbaycanın teatr məkanını inkişaf etdirən müasir pyeslərin yaradılmasını, yayılmasını və səhnələşdirilməsini stimullaşdırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri