Cənubi Afrika nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə ən vacib məqam birlikdə işləməkdir AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Afrikada iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün karbon emissiyalarının azaldılması və enerji keçidinin sürətləndirilməsi istiqamətində bir çox tədbirlər görülür. Xüsusilə Su və Kanalizasiya Nazirliyi olaraq, biz su və sanitariya sektorunda emissiyaların azaldılmasına sadiqik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cənubi Afrikanın Su və Kanalizasiya Nazirliyinin nümayəndəsi Nokulunga Memela deyib.
Onun sözlərinə görə, hazırda nazirlik yeni strategiya layihələri üzərində çalışır: “Biz konkret hədəflər müəyyən edirik və xüsusilə metan emissiyalarının azaldılmasına diqqət yetiririk. Lakin bu məqsədlərə tam nail olmaq üçün iqlim maliyyəsi sahəsində dəstəyə ehtiyacımız var. Hesab edirəm ki, hər kəsin bu məsələdə maliyyə dəstəyinə ehtiyacı var”.
Nokulunga Memela, həmçinin əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizədə ən vacib məqam birlikdə işləməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 16 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















