Almaniyanın federal əyalətləri daxiliyanma mühərrikləri ilə bağlı qadağanın yumşaldılmasını istəyir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Berlin, 24 oktyabr, AZƏRTAC
Almaniyanın federal əyalətlərinin Baş nazirləri Avropa İttifaqı (Aİ) səviyyəsində 2035-ci ildən etibarən daxiliyanma mühərrikli avtomobillərin satışına qoyulan qadağanın yumşaldılmasını tələb ediblər.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Əyalət Baş Nazirləri Konfransının (MPK) hazırkı sədri, Raynland-Plats əyalətinin Baş naziri Aleksandr Şvaytser 2035-ci ilin karbon neytrallığına keçid üçün hədəf tarixi olsa da, bu prosesdə müəyyən elastikliyin qorunmalı olduğunu qeyd edib.
MPK-nın yekun bəyanatında qeyd edilib ki, sərt qadağa Almaniyanın avtomobil sənayesinin əsas texnoloji bacarıqlarını və rəqabət qabiliyyətini təhlükə altına sala bilər. Sənəddə elektromobillik gələcəyin əsas texnologiyası kimi qiymətləndirilsə də, iqlimə zərərsiz alternativ yanacaq növləri və keçid texnologiyalarının da əhəmiyyəti vurğulanıb.
İclasda müəyyən şərtlər daxilində 2035-ci ildən sonra da yüksək effektivlikli yanma mühərriklərinin istifadəsinə icazə verilə biləcəyi bildirilib. Həmçinin 2035-ci ilədək tam elektriklə işləyən nəqliyyata keçidin real görünmədiyi vurğulanıb.
Hazırda Aİ-də qüvvədə olan qaydalara əsasən, 2035-ci ildən etibarən yalnız sıfır emissiyalı yeni avtomobillərin satışına icazə veriləcək. Lakin Almaniyada hökuməti bu qaydalarda yumşalma üçün təzyiq göstərməyə çağıran və buna qarşı çıxan qüvvələr arasında fikir ayrılıqları hələ də qalmaqdadır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 Oktyabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















