Icma.az
close
up
RU
Cənubi azərbaycanlıların İrandakı etirazlara təsiri: Prosesin xaotikliyinin yaratdığı risklər

Cənubi azərbaycanlıların İrandakı etirazlara təsiri: Prosesin xaotikliyinin yaratdığı risklər

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"İranda son günlərdə müşahidə olunan etiraz aksiyaları miqyası, coğrafiyası və davamlılığı baxımından əvvəlki sosial protestlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Aksiyaların ölkənin müxtəlif bölgələrini paralel şəkildə əhatə etməsi, informasiya müstəvisində yüksək koordinasiyası və prosesin uzanan xarakter alması göstərir ki, hazırkı vəziyyət yalnız sosial-iqtisadi narazılıqların nəticəsi deyil, həmçinin daha geniş siyasi və geosiyasi kontekstdə təhlil oluna biləcək maraqların tərkib hissəsidir".

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Aytən Qurbanova İrandakı etiraz aksiyaları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, İran cəmiyyətində uzunmüddətli sanksiyalar, iqtisadi çətinliklər, inflyasiya və sosial ədalətsizlik hissi narazılıq üçün ciddi zəmin formalaşdırıb:

"Lakin etirazların hazırkı mərhələdə daha sistemli xarakter alması, daxili faktorlarla yanaşı xarici siyasi təzyiq mexanizmlərinin də prosesə paralel təsir göstərdiyini ehtimal etməyə əsas verir. Bu isə İranda baş verənlərin regional güc balansı və təhlükəsizlik arxitekturası nöqteyi-nəzərindən diqqətlə izlənilməsini zəruri edir. Hadisələrin inkişaf xronikası onu deməyə əsas verir ki, İran hakimiyyəti üçün əsas çağırış aksiyaların nəzarətdən çıxaraq siyasi legitimlik böhranına çevrilməsi riskidir. Bununla yanaşı, mərkəzi hakimiyyətin institusional resursları, təhlükəsizlik aparatının mövcud imkanları və dövlət idarəçiliyinin sərt strukturu rejimin qısa müddətdə çökməsi ehtimalını aşağı salır. Lakin proseslərin uzanması daxili gərginliyi artırmaqla yanaşı, sosial parçalanmanı dərinləşdirə və idarəolunmaz risklər yarada bilər".

"Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Cənubi Azərbaycan faktoru xüsusi diqqət tələb edir. İranın şimal-qərb bölgələrində - azərbaycanlıların kompakt yaşadığı ərazilərdə sosial narazılıqların etnik kontekstdə dərinləşməsi ehtimalı istisna edilə bilməz. Belə ki, Cənubi Azərbaycanda baş verən proseslər bir tərəfdən bütün ölkədə olan narazılıqların tərkib hissəsi olsa da, digər tərəfdən milli-mədəni hüquqlar, ana dilində təhsil və regional sosial-iqtisadi qeyri-bərabərlik ilə bağlı uzun illər yığılıb qalmış problemləri də gündəmə gətirir. Bu amil isə öz növbəsində aksiyaların lokal çərçivədən çıxaraq daha həssas siyasi məcraya yönəlməsi riskini artırır" - deyə, analitik diqqətə çatdırıb.

Müsahibimiz əlavə edib ki, İranda baş verən proseslərin xarici güclər tərəfindən təzyiq aləti kimi istifadə olunması ehtimalı da nəzərə alınmalıdır:

"ABŞ və İsrailin İranın nüvə proqramı ilə bağlı sərt mövqeyi fonunda daxili etirazlar geosiyasi təsir mexanizminin bir elementi kimi gündəmə gələ bilər. Lakin İran kimi mürəkkəb sosial-siyasi struktura malik ölkədə nəzarətsiz hakimiyyət dəyişikliyi ssenarisi uzunmüddətli qeyri-sabitlik və region üçün təhlükəsizlik riskləri yarada bilər. Nəticə etibarilə İranda aksiyalar nə yalnız daxili siyasi proses, nə də sosial narazılıq kontekstində qiymətləndirilməlidir. Bu hadisələr regional güc balansına, enerji və nəqliyyat təhlükəsizliyinə, həmçinin qonşu ölkələrin milli maraqlarına birbaşa təsir potensialına malikdir".

Güney azərbaycanlı milli fəal Aslan Sultani isə Oxu.Az-a açıqlamasında ticarətçilərin də etirazlara qoşulmasının aksiyanın əhəmiyyətindən xəbər verdiyini deyib:

"Təbriz və Ərdəbil bazarları, kürdlərin yaşadığı məntəqələr və digər yerlərdə bazarlar bağlanıb, tətil elan edilib. Bazarların İranın ictimai həyatında böyük rolu var. Çünki bu ölkə tam modernləşməyib deyə, ölkə iqtisadiyyatında bazarların, tacirlərin rolu çoxdur. Bu da ondan xəbər verir ki, iqtisadiyyat çox pis vəziyyətdədir. Dolların bahalaşması və rialın dəyər itirməsi, qiymətlərin qeyri-müəyyən olması və insanların səfil vəziyyətdə yaşaması buna nümunədir.

İranın cənub-qərbində yaşayan lurlar xalqının da etirazlarda aktivliyi müşahidə olunur. Düzdür, ümumilikdə etnik xalqlar bu prosesdə hələlik tam qəti mövqe sərgiləməyiblər, amma ola bilsin ki, bu gündən etibarən vəziyyət dəyişsin".

Onun sözlərinə görə, şah rejimi tərəfdarları özlərini elə göstərirlər ki, guya xalq onları istəyir, amma belə deyil:

"Düzdür, cəmiyyətin müxtəlif kəsimində onları istəyənlər olsa da, bu, ümumi tələb deyil. Sadəcə olaraq əllərində maddi imkan və mediaya təsirləri çox olduğu üçün özlərini guya tərəfdarları çoxmuş kimi göstərirlər. Amma ümumilikdə vahid liderlik olmayacaq".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri