Icma.az
close
up
RU
Cənubi Kipr kartı Rusiya susur, Ankara narahatdır

Cənubi Kipr kartı Rusiya susur, Ankara narahatdır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərkəzi Asiyanın üç əsas dövləti – Qırğızıstan, Özbəkistan və Qazaxıstanın Cənubi Kipr Respublikasını rəsmən tanıması ictimaiyyəti maraqlandıran əsas məsələlərdəndir. Təhlilçilərin fikrincə, bu qərar həmin ölkələrin beynəlxalq münasibətlər sistemində daha fəal rol almağa başladığını göstərməklə yanaşı, bölgədə və onun hüdudlarından kənarda müxtəlif geosiyasi təsirlərə yol aça bilər.

Növbəti mərhələdə nələr baş verəcək?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Cənubi Kipr Respublikasının Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi ölkələr tərəfindən tanınması Türk Dövlətləri Təşkilatına (TDT) və Türk birliyinə hər hansı ciddi zərər gətirməyəcək:

“Cənubi Kipr və onun beynəlxalq arenadakı mövqeyi, türk dövlətlərinin münasibətlərinə və birliyinə birbaşa təsir etməyəcək. Bu məsələyə həm siyasi, həm də iqtisadi aspektdən baxmaq lazımdır.

Siyasi baxımdan bəzi narahatlıqlar ola bilər, çünki türk dövlətlərinin içərisində Türkiyə, Azərbaycan var. Türkiyə uzun illərdir ki, Kipri tanıtdırmaq və beynəlxalq hüquqda yer qazandırmaq üçün səylər göstərir. Hazırda dünyada bu dövlət yalnız Türkiyə tərəfindən rəsmən tanınır. Azərbaycan isə onu de-fakto (faktiki olaraq) tanıyır, amma de-yure (rəsmi) olaraq tanımır.

Türk Dövlətləri Təşkilatında isə Şimali Kipr müşahidəçi statusu ilə iştirak edir. Bu da Türkiyənin təşəbbüsü ilə mümkün olub. Lakin bəzi üzv dövlətlər, xüsusilə Qazaxıstan, Şimali Kiprin nümayəndə heyətini qəbul etməmiş və tədbirlərdə iştirakına imkan verməmişdir”.

Ramiyə Məmmədova

Politoloqun sözlərinə görə, bu məsələyə iqtisadi aspektdən baxdıqda isə tanıma qərarlarının daha çox iqtisadi maraqlarla bağlı olduğu görünür:

“Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi ölkələr Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı genişləndirir və yeni bazarlara çıxmaq üçün addımlar atırlar. Bu ölkələrin nümayəndələri Avropa ölkələri, o cümlədən Fransa ilə görüşlər keçirir, diplomatik nümayəndəliklər açırlar. Bu isə faktiki olaraq Yunan Kipri ilə münasibətlərin qurulmasına və inkişafına səbəb olur.

Məsələn, Yunan Kipri Qazaxıstana 1.8 milyard dollar sərmayə qoyub, Qazaxıstan isə Kiprdə 3-4 milyard dollara yaxın investisiya yatırıb. Bu cür qarşılıqlı iqtisadi münasibətlər həmin ölkələrin addımlarını müəyyənləşdirir.

Yekunda demək olar ki, bu məsələ Türk birliyinə parçalanma və ya zərər kimi baxılmamalıdır. Bu, daha çox iqtisadi maraqlarla bağlı olan bir prosesdir. Təbii ki, Türk Dövlətləri arasında bəzi fikir ayrılıqları ola bilər xüsusilə də təşkilata daha sonradan qoşulan Qırğızıstan və Özbəkistan kimi ölkələrlə. Ancaq bu, birliyin dağılması və ya Türkiyəyə qarşı yönəlmiş bir addım deyil. Yeni iqtisadi bazarlar axtarışındadırlar”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri