Icma.az
close
up
RU
Cənubi Koreya Prezidenti uşaqların İsveçdə övladlığa verilməsi ilə bağlı üzr istəyib

Cənubi Koreya Prezidenti uşaqların İsveçdə övladlığa verilməsi ilə bağlı üzr istəyib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Stokholm, 4 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Cənubi Koreya Prezidenti Li Çje Myon beynəlxalq övladlığa götürülmə ilə bağlı keçmişdə yol verilmiş pozuntulara görə rəsmi üzr istəyib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı müraciətində xaricdə övladlığa götürülmüş koreyalılardan, eləcə də onların bioloji və övladlığa götürən ailələrindən səmimi təəssüf hissi ilə üzrünü ifadə edib. O, “Facebook” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, uşaqların öz razılığı olmadan başqa ölkələrə göndərilməsinin yaratdığı narahatlıq, ağrı və çaşqınlığa görə dərin kədər hissi keçirir.

İsveç yarım əsrdən artıq müddətdə Cənubi Koreyadan çox sayda uşaq qəbul edib. İsveçin Ailə Hüququ və Valideyn Dəstəyi Agentliyinin məlumatına görə, 1969–2022-ci illərdə bu ölkədə 9200-dən çox koreyalı uşaq övladlığa götürülüb. Bu yaxınlarda Həqiqət və Barışıq Komissiyası müəyyən edib ki, Koreyada övladlığa götürülmə prosesi onilliklər boyu sui-istifadələr, insan hüquqları pozuntuları və dövlətin lazımi nəzarətinin olmaması ilə müşayiət olunub.

Son illərdə İsveçin özündə də beynəlxalq övladlığa götürülmə mövzusu ətrafında müzakirələr güclənib. 2021-ci ilin payızında “Dagens Nyheter” qəzetinin araşdırmalarından sonra xüsusi komissiya yaradılıb. Jurnalistlər aşkar ediblər ki, 1970–1980-ci illərdə Cənubi Koreyadan olan bir sıra uşaqlar faktiki olaraq bioloji valideynlərindən oğurlanaraq xaricdə övladlığa verilib.

2023-cü ilin iyununda İsveç dövlət müstəntiqi beynəlxalq övladlığa götürülmənin tamamilə dayandırılmasını təklif edib. Baş nazir Ulf Kristersson isə bu məlumatlara münasibət bildirərək, İsveç dövləti adından bütün övladlığa götürülənlərdən rəsmi üzr istənilməsini istisna etmədiyini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 07:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri