Cənubi Koreya prezidentinin impiçmenti baş tutmadı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti baş tutmayıb.
Bakıvaxtı.az xəbər verir ki, parlamentdəki əsas müxalif qüvvə olan Demokratiya Partiyasının təşəbbüsü və qanunverici orqandakı digər 5 müxalif partiyanın dəstəyi ilə Milli Assambleyada səsverməyə çıxarılan Prezident Yun Sok Yolun impiçmenti məsələsi yetərsay olmadığı üçün baş tutmayıb.
Səsvermədən əvvəl hakim Xalqın Gücü Partiyasının deputatlarının böyük hissəsi iclas zalını tərk edib. Nəticədə 300 yerlik parlamentin iclasında müxalifətdən 192, hakim partiyadan isə cəmi 3 deputat iştirak edib. Qanunvericiliyə uyğun olaraq, impiçmentin baş tutması üçün tələb olunan üçdə iki səs çoxluğu (200 səs) təmin olunmadığı üçün vəsatət rədd edilib.
Qeyd edək ki, Yun Sok Yol bir neçə gün öncə Şimali Koreyanın təhlükəsizliyə təhdid yaratdığını əsas gətirərək hərbi vəziyyət elan etmiş, ancaq bir neçə saat sonra xalqın tələbi ilə hərbi vəziyyət rejimini ləğv etmişdi.
Baxış sayı:143
Bu xəbər 07 Dekabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















