Icma.az
close
up
RU
Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmadı

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmadı

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti mümkün olmayıb.

Sfera.az xəbər verir ki, parlamentdəki əsas müxalif qüvvə olan Demokratiya Partiyasının təşəbbüsü və qanunverici orqandakı digər 5 müxalif partiyanın dəstəyi ilə Milli Assambleyada səsverməyə çıxarılan Prezident Yun Sok Yolun impiçmenti məsələsi yetərsay olmadığı üçün baş tutmayıb. Səsvermədən əvvəl hakim Xalqın Gücü Partiyasının deputatlarının böyük hissəsi iclas zalını tərk edib. Nəticədə 300 yerlik parlamentin iclasında müxalifətdən 192, hakim partiyadan isə cəmi 3 deputat iştirak edib. Qanunvericiliyə uyğun olaraq, impiçmentin baş tutması üçün tələb olunan üçdə iki səs çoxluğu (200 səs) təmin olunmadığı üçün vəsatət rədd edilib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək, dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub. Bu səbəbdən ordu və təhlükəsizlik qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq, gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Küçələrə çıxarılmış ordu və təhlükəsizlik qüvvələri geri çəkilib. Amma əsas müxalif qüvvə olan Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Bundan başqa, dövlət başçısının hərbi vəziyyət elan etməklə dövlətə xəyanət etməsinə dair iddialar səsləndirilib.

Müdafiə naziri Kim Yonq-Hyunq fövqəladə hərbi vəziyyətin yaratdığı bütün iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa verib. Medianın məlumatına görə, hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə naziri təklif edib və onu inandırıb. Elə bu səbəbdən də parlamentdə müdafiə nazirinin impiçmenti məsələsi də gündəmə gətirilib. Nazir impiçmenti gözləmədən istefa verməyi üstün tutub. Parlamentin Prezident Yun Sok Yolun hərbi vəziyyət barədə qərarının əleyhinə səs verməsindən və dövlət başçısının hərbi vəziyyəti ləğv etməsindən sonra onun 11 köməkçisi, o cümlədən aparat rəhbəri, milli təhlükəsizlik məsələləri üzrə müşaviri istefa vermək niyyətlərini bildiriblər. Bundan başqa, kabinetin bütün üzvləri, o cümlədən 18 nazir istefa təkliflərini səsləndirib. Hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun dekabrın 6-da partiyanın Milli Assambleyada keçirilən təcili toplantısında dövlət başçısı Yun Sok Yolun hakimiyyətdən əl çəkməmək üçün yenidən radikal hərəkətlər edə biləcəyi ehtimalının olduğunu vurğulayaraq, onun tezliklə hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarı olduğunu açıqlayıb. Amma partiyadaxili aparılan müzakirələrdən sonra hakim partiyanın prezidentin impiçmentini boykot etməsi barədə razılıq əldə olunub.

Dövlət başçısı Yun Sok Yol dekabrın 7-də, impiçment məsələsinin parlamentdə müzakirəsindən bir neçə saat əvvəl televiziya ilə müraciət edərək, hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib. O, hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib, bir daha hərbi vəziyyət elan etməyəcəyinə dair vəd verib. Bütün bunlara baxmayaraq, hərbi vəziyyətin elan olunmasından paytaxt Seul da daxil olmaqla, ölkədə Prezident Yun Sok Yolun istefasını tələb edən aksiyalar keçirilir. Ekspertlər hesab edirlər ki, parlamentdə impiçmentin baş tutmamasına baxmayaraq, ictimaiyyətin dövlət başçısına istefa təzyiqləri hələ davam edəcək.

Hərbi vəziyyətin elan olunmasında əlaqəli olan 3 general vəzifəsindən azad edilib. Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən 10 yüksək rütbəli hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see229

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see226

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see202

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see199

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see198

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see197

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see194

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see178

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri