Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti mümkün olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, parlamentdəki əsas müxalif qüvvə olan Demokratiya Partiyasının təşəbbüsü və qanunverici orqandakı digər 5 müxalif partiyanın dəstəyi ilə Milli Assambleyada səsverməyə çıxarılan Prezident Yun Sok Yolun impiçmenti məsələsi yetərsay olmadığı üçün baş tutmayıb. Səsvermədən əvvəl hakim Xalqın Gücü Partiyasının deputatlarının böyük hissəsi iclas zalını tərk edib. Nəticədə 300 yerlik parlamentin iclasında müxalifətdən 192, hakim partiyadan isə cəmi 3 deputat iştirak edib. Qanunvericiliyə uyğun olaraq, impiçmentin baş tutması üçün tələb olunan üçdə iki səs çoxluğu (200 səs) təmin olunmadığı üçün vəsatət rədd edilib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək, dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub. Bu səbəbdən ordu və təhlükəsizlik qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq, gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Küçələrə çıxarılmış ordu və təhlükəsizlik qüvvələri geri çəkilib. Amma əsas müxalif qüvvə olan Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Bundan başqa, dövlət başçısının hərbi vəziyyət elan etməklə dövlətə xəyanət etməsinə dair iddialar səsləndirilib.

Müdafiə naziri Kim Yonq-Hyunq fövqəladə hərbi vəziyyətin yaratdığı bütün iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa verib. Medianın məlumatına görə, hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə naziri təklif edib və onu inandırıb. Elə bu səbəbdən də parlamentdə müdafiə nazirinin impiçmenti məsələsi də gündəmə gətirilib. Nazir impiçmenti gözləmədən istefa verməyi üstün tutub. Parlamentin Prezident Yun Sok Yolun hərbi vəziyyət barədə qərarının əleyhinə səs verməsindən və dövlət başçısının hərbi vəziyyəti ləğv etməsindən sonra onun 11 köməkçisi, o cümlədən aparat rəhbəri, milli təhlükəsizlik məsələləri üzrə müşaviri istefa vermək niyyətlərini bildiriblər. Bundan başqa, kabinetin bütün üzvləri, o cümlədən 18 nazir istefa təkliflərini səsləndirib. Hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun dekabrın 6-da partiyanın Milli Assambleyada keçirilən təcili toplantısında dövlət başçısı Yun Sok Yolun hakimiyyətdən əl çəkməmək üçün yenidən radikal hərəkətlər edə biləcəyi ehtimalının olduğunu vurğulayaraq, onun tezliklə hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarı olduğunu açıqlayıb. Amma partiyadaxili aparılan müzakirələrdən sonra hakim partiyanın prezidentin impiçmentini boykot etməsi barədə razılıq əldə olunub.

Dövlət başçısı Yun Sok Yol dekabrın 7-də, impiçment məsələsinin parlamentdə müzakirəsindən bir neçə saat əvvəl televiziya ilə müraciət edərək, hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib. O, hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib, bir daha hərbi vəziyyət elan etməyəcəyinə dair vəd verib. Bütün bunlara baxmayaraq, hərbi vəziyyətin elan olunmasından paytaxt Seul da daxil olmaqla, ölkədə Prezident Yun Sok Yolun istefasını tələb edən aksiyalar keçirilir. Ekspertlər hesab edirlər ki, parlamentdə impiçmentin baş tutmamasına baxmayaraq, ictimaiyyətin dövlət başçısına istefa təzyiqləri hələ davam edəcək.

Hərbi vəziyyətin elan olunmasında əlaqəli olan 3 general vəzifəsindən azad edilib. Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən 10 yüksək rütbəli hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.(azərtac)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Dekabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri