Cənubi Koreyada çoxsaylı ölümlə nəticələnən qəzanın baş verdiyi aeroport yoxlanılır AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 31 dekabr, AZƏRTAC
Koreya Respublikasının hökumət qurumları sonuncu aviasiya qəzasından sonra Muan aeroportundakı beton səddi yoxlamağa qərar verib.
AZƏRTAC xəbər verir ki, ekspertlər bu səddin beynəlxalq aviasiya normalarına zidd olduğunu iddia edirlər. Onlar sonuncu faciəyə də məhz bu səddin səbəb olduğunu bildirirlər. Belə ki, nasaz təyyarə uçuş zolağına endikdən sonra sürünərək beton maneəyə çırpılıb və alışıb.
Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 31 Dekabr 2024 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















