Cənubi Koreyada GƏRGİNLİK PİK HƏDDƏ: ordu antidövlət qüvvələri ilə döyüşə girdi
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkədə hərbi vəziyyətin tətbiqi anti-dövlət qüvvələrinə qarşı mübarizə zərurəti ilə əlaqədar idi.
Publika.az "Yonhap"a istinadla xəbər verir ki, bu barədə hərbi vəziyyətin tətbiqindən sonra komandir vəzifəsinə təyin edilmiş Quru Qoşunlarının Baş Qərargah rəisi Park An-soo bildirib.
"Bütün siyasi fəaliyyətlər, o cümlədən Milli Məclis, rayon məclisləri, siyasi partiyalar, siyasi təşkilatların yaradılması, mitinq və etiraz aksiyaları ilə bağlı fəaliyyətlər qadağandır", - P.An-soo bildirib.
Komandirin sözlərinə görə, bu fərman azad demokratiyanı və xalqın təhlükəsizliyini ölkəni devrilməklə hədələyən anti-dövlət qüvvələrindən qorumaq üçün qəbul edilib.
Park əlavə edib ki, qəbul edilən sənəd bütün media və nəşriyyatlara nəzarəti bərqərar edir, həmçinin tətilə çıxan kursant həkimlərə 48 saat ərzində dərhal işə qayıtmağı tapşırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















