Türkiyədə məşhur telekanala polis basqını 4 nəfər saxlanıldı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyənin "Sözcü TV" telekanalının binasında polis əməliyyatı keçirilib.
Milli.Az NTV-yə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun məlumatına görə, əməliyyat telekanalın sahibi Burak Akbayın FETÖ/PDY terror təşkilatı ilə əlaqələrinin olması barədə iddialar əsasında həyata keçirilib.
İstintaq materiallarında Akbayın xarici ölkələrdəki bank hesablarından təşkilatın media qanadında fəaliyyət göstərdiyi iddia olunan "Estetik Yayıncılık A.Ş" və "Mega Ajans" şirkətlərinə pul köçürdüyü qeyd olunur. Bildirilir ki, həmin şirkətlər vasitəsilə təşkilatın fəaliyyəti maliyyələşdirilib.
Bu iddialarla bağlı noyabrın 17-də "Estetik Yayıncılık A.Ş", "Mega Ajans", SZC TV və "Sözcü" qəzetinin yerləşdiyi ünvanlarda eyni vaxtda axtarış aparılması, əmlakın müsadirə edilməsi və dörd nəfərin saxlanılması barədə qərar qəbul edilib.
Saxlanılan şəxslər arasında "Sözcü" Media Qrupunun İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı, qurumun keçmiş baş direktoru Asım Akgül, İsmail Öz və Yonca Yücekaleli də var.
Prokurorluğun açıqlamasında bildirilir ki, istintaqa Burak Akbayla bağlı əvvəlki məhkəmə prosesi zamanı onun maliyyə əməliyyatlarının araşdırılması zərurəti barədə daxil olan məlumat əsasında başlanılıb. Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatları da araşdırmaya daxil edilib.
"Sözcü" Media Qrupunun vəkili Ersan Barkın isə bildirib ki, qəyyum təyin edilməsi barədə qərar hələlik yalnız "Sözcü TV" və "Sözcü.com.tr" saytına şamil olunur. "Sözcü", "Tavır" və "Korkusuz" qəzetləri ilə bağlı belə bir qərar qəbul edilməyib.
Vəkil, həmçinin axtarışların əvvəllər Ali Məhkəmənin cinayət tərkibinin olmadığı qənaətinə gəldiyi iş üzrə aparıldığını iddia edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Noyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















