Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunub
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyət rejimi ləğv olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində məsələ səsverməyə çıxarılıb və Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır.
Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub. Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















