Cənubi Koreyanın hərbi bazalarından birində partlayış baş verib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 10 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın ordu bazalarından birində baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, partlayış sentyabrın 10-da saat 15:30 radələrində (Bakı vaxtı ilə 10:30) Kenqido əyalətində yerləşən hərbi hissədə baş verib.
İlkin məlumata görə, insidentə təlim sursatının partlaması səbəb olub. Hazırda yeddi nəfərin yaralandığı məlumdur.
Hərbçilər bildiriblər ki, baş verənlərin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.
Baxış sayı:43
Bu xəbər 10 Sentyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















