160 ildən sonra yeni astroloji dövr başladı Bürclərin həyatı kəskin dəyişəcək
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Neptun planeti uzun fasilədən sonra Qoç bürcünə daxil olub. Astroloqlara görə, bu hadisə sonuncu dəfə 1861-ci ildə baş verib və nadir planetar keçidlərdən sayılır. Neptun 2039-cu ilə qədər Qoç bürcündə qalacaq və bu müddət ərzində həm fərdi, həm də kollektiv səviyyədə dərin dəyişikliklərə səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, astroloji baxımdan Neptun xəyallar, ideallar, intuisiya, inam və illüziyalarla əlaqələndirilir. Qoç isə cəsarət, liderlik, hərəkət və yeni başlanğıcların rəmzidir. Bu iki enerjinin birləşməsi insanların passiv gözlənti mövqeyindən çıxaraq ideallarını reallaşdırmaq üçün daha fəal addımlar atmasına şərait yarada bilər.
Astroloqlar bildirirlər ki, bu dövrdə insanlar həyat məqsədlərini yenidən dəyərləndirə, inandıqları dəyərlər uğrunda daha açıq mübarizə apara bilərlər. Xüsusilə sosial hərəkatlar, fərdi azadlıqlar, liderlik anlayışı və “kiməm, nə üçün mübarizə aparıram” sualları ön plana çıxa bilər.
Neptunun Qoç bürcündə olması eyni zamanda riskləri də artırır. Emosional qərarlar, reallıqdan uzaq ideallar və yanlış inamlar bəzi hallarda məyusluqlara yol aça bilər. Buna görə astroloqlar bu dövrdə intuisiya ilə məntiq arasında tarazlığı qorumağın vacibliyini vurğulayırlar.
Bürclər üzrə təsir fərqli olacaq. Qoç, Şir və Oxatan üçün bu tranzit daha güclü daxili motivasiya və yeni həyat mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Tərəzi, Xərçəng və Oğlaq üçün isə münasibətlər, məsuliyyət və şəxsi sərhədlərlə bağlı sınaqlar yarada bilər.
Ümumilikdə astroloji şərhlərə görə, Neptunun Qoç bürcünə keçidi illərlə davam edəcək ideoloji, sosial və şəxsi dəyişikliklərin başlanğıcı hesab olunur. Bu dövr xəyalların sadəcə düşüncə səviyyəsində qalmadığı, hərəkətə keçdiyi bir mərhələ kimi xarakterizə edilir.
Kənan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Baxış sayı:86
Bu xəbər 01 Fevral 2026 08:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları