Icma.az
close
up
RU
Cənubi Qafqazda ABŞ nin “ayaq səsləri”: Rusiya və İran təşvişdə... Yeni planlar

Cənubi Qafqazda ABŞ nin “ayaq səsləri”: Rusiya və İran təşvişdə... Yeni planlar

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Qafqaz yenidən böyük güclərin qarşıdurma meydanına çevrilməkdədir. 

Sovetlər Birliyinin dağılmasından sonra regionda yaranmış boşluq ilk illərdə Rusiya tərəfindən doldurulsa da, zaman keçdikcə Qərbin, xüsusilə ABŞ-nin maraqları açıq şəkildə görünməyə başladı. 

İndi isə oyun qaydaları dəyişib: yeni aktorlar, yeni geosiyasi layihələr və yeni risklər ortaya çıxıb. 

Zəngəzur dəhlizi məsələsi sadəcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizə predmetinə çevrilib. 

ABŞ bölgəyə daxil olmaq üçün yeni imkan qazanır, Rusiya isə bu prosesin qarşısını almaq məqsədilə bufer zonalar yaratmağa çalışır. 

İran da öz təsirini qorumağa səy göstərir, lakin onun regional mövqeyi əvvəlki qüdrətdə deyil.

Bəs bu şəraitdə supergüclərin Cənubi Qafqaz uğrunda yeni savaşı başlaya bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Qərbin Rusiyanın bölgədəki mövqeyinə alternativ yaratmaq prosesinin bu gün başladığını iddia etmək olmaz:

"Bu proses hələ Sovetlər dönəmindən etibarən özünü göstərib. Hazırda isə artıq ABŞ, Rusiya və İran kimi aktorların, regionun təhlükəsizlik arxitekturasında yeni manevrləri, həmçinin qurulmaqda olan qlobal siyasi “arxitektura”nın təsiri altında Cənubi Qafqaz yeni mərhələyə qədəm qoyub".

Onun sözlərinə görə, ABŞ 1990-cı illərdən etibarən bütün istiqamətlərdə Cənubi Qafqaza nüfuz etməyə başladı. O dövrdə bu fəaliyyətlər daha çox səssiz diplomatiya ilə müşayiət olunurdusa, bu gün proses radikal xarakter alıb. Bu trend Cənubi Qafqaz deyil, ABŞ-nin maraq dairəsində olan bütün regionlarda müşahidə olunmaqdadır. 

Yeganə Hacıyeva: "İran  üçün Avrasiya əməkdaşlığı istiqamətində yeganə ümid qapısı Zəngəzur dəhlizi ola bilər"

Yeganə Hacıyeva, politoloq

1990-cı illərdə real siyasətlə təqdim olunan siyasət arasında kardinal fərq mövcud idi. Tramp dövründə isə Vaşinqton daha açıq və səmimi mövqe sərgiləyir - ABŞ-nin regional maraqlarını gizlətmədən ifadə edir.

Ancaq ABŞ-nin eyni zamanda zəif tərəfi də var: o Cənubi Qafqazda  hərbi cəhətdən mövcud deyil. Halbuki Rusiya hələ də regionda hərbi mövcudluğunu və  proseslərə real təsir imkanlarını saxlayır:

"Bununla belə, Moskva Cənubi Qafqaz siyasətində ciddi məğlubiyyətlər yaşayıb. Bu gün Kremlin diqqəti təkcə Qafqaza deyil, dünyanın digər bölgələrinə yönəlib. İranın isə regiondakı təsir gücü əvvəlki kimi deyil. Tehran daxili siyasi qrupların ehtiyacları üzərindən müxtəlif təkliflər irəli sürür. Ancaq reallıq ondan ibarətdir ki, 9 günlük müharibədən sonra onun son 45 ildə istifadə etdiyi dəhliz bağlanıb və ən yeni tarixdə ilk dəfədir ki, avropaya çıxışı bu qədər limitlənib.

Bu reallıqları nəzərə alsaq, İran  üçün Avrasiya əməkdaşlığı istiqamətində yeganə ümid qapısı Zəngəzur dəhlizi ola bilər".

O əlavə edib ki, bütün bunlara rəğmən, Rusiya və İran mövcud status-kvonun dəyişdiyini bilsələr də, bölgədə mövcudluqlarını qorumaq niyyətindədirlər. 

Lakin belə bir şəraitdə Moskva daxilində Azərbaycana qarşı yönəlmiş qüvvələrin fəaliyyətinin qarşısı alınmalıdır:

"Bu gün Rusiya prezidenti Vladimir Putinlə İran lideri Pezeşkianın Cənubi Qafqazdakı vəziyyəti müzakirə etməsi də təsadüfi deyil. 

Çünki bölgə uğrunda  savaş yeni mərhələyə qədəm qoyub.  ABŞ Zəngəzur dəhlizi vasitəsilə Cənubi Qafqaza ayaq basdı. İndi Rusiya isə müdafiəyə çəkilərək, ətrafında “bufer zona” hörməyə çalışır".

Əli Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri