Icma.az
close
up
RU
Cənubi Qafqazda YENİ FORMAT: Rusiya və İran kənarda saxlanılır? ŞƏRH

Cənubi Qafqazda YENİ FORMAT: Rusiya və İran kənarda saxlanılır? ŞƏRH

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Vaşinqtonda ABŞ lideri Donad Trampın təşəbbüsü, vasitəçiliyi ilə görüşməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz regionu üçün strateji xarakter daşıyan addımdır”.

Bu barədə Bakıvaxtı.az-a politoloq Elçin Xalidbəyli bildirib.

Həmsöhbətimiz qeyd edib ki, Cənubi Qafqazdakı sülh prosesi Rusiya və Avropa İttifaqının nəzarətindən çıxarıldı:

“Yəni Rusiya Cənubi Qafqazda bu prosesə kobud müdaxilə etməklə regionda öz təsir mexanizmlərini bərpa etməyə cəhd göstərirdi. Lakin bu ölkə artıq “oyundan kənar” vəziyyətə düşüb. Eyni zamanda ermənipərəst Fransanın təsir dairəsində olan Avropa İttifaqı da Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə edə bilməyəcək”.

E.Xalidbəyli qeyd edib ki, bu məsələ ABŞ ilə ortaq irəliləyən bir prosesə çevrildi:

“İmzalanmış üçtərəfli sənədin altında ABŞ prezidenti Donald Trampın imzasının olması o deməkdir ki, Cənubi Qafqazda həm sülhə, həm də təhlükəsizliyə Amerika təmin vermiş oldu. Yəni ABŞ Cənubi Qafqazdakı təhlükəsizlik proseslərində birbaşa iştirakçı olacaq”.

Politoloq diqqətə çatdırıb ki, Vaşintonda əldə edilən nəticələr onilliklər boyu Rusiyanın özəl maraqlarının girovuna çevrilmiş Cənubi Qafqazın Rusiya təsirindən tamamilə qoparılması istiqamətində önəmli bir addımdır:

“Çünki ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə birbaşa vasitəçilik etməklə və imzalanmış sənədlərdə təmsil olunmaqla Cənubi Qafqazda geopolitik oyunçulardan birinə çevrilib. Bu da o deməkdir ki, ABŞ-nin olduğu yerdə, yəni Cəınubi Qafqazda ABŞ varsa, Rusiya və İran ola bilməz. Rusiya və İran Cənubi Qafqazla bağlı bütün ssenarilərini istənilən halda ABŞ-nin regionda yerləşdiyini nəzərə alaraq, qurmaq məcburiyyətində qalacaq”.

Elçin Xalidbəyli: Cəınubi Qafqazda ABŞ varsa, Rusiya və İran ola bilməz

Müsahibimiz vurğulayıb ki, ABŞ Zəngəzur dəhlizinə nəzarəti özü üçün təmin etdi:

“Bu da o deməkdir ki, ABŞ həm hüquqi, həm siyasi, həm də hərbi cəhətdən Cənubi Qafqazda təmsil olunmaq imkanları qazanıb. Zəngəzur dəhlizi “Tramp körpüsü” adlandırılaraq, beynəlmiləlləşdirildi. Avropanı Asiya ilə birləşdirən bu dəhliz faktiki olaraq ABŞ-nin nəzarətində olacaq. Rusiya və İran bu geostrateji, geopilitik, geiqtisadi layihədən kənarda saxlanıldı. Cənubi Qafqazın inkişaf perpsektivlərində rəsmi Moskva və rəsmi Tehranın iştirakı artıq real deyil. Nəhayət ki, Cənubi Qafqaz Rusiya girovluğundan tamamilə xilas oldu. Bu da Cənubi Qafqazın sülh şəraitində, dinc, sabitlik vəziyyətində inkişaf etmək perspektivlərinin önünü açdı. Burada ABŞ-nin da qazandığı üstünlüklər var. ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcək. Oradan külli miqdarda tranzit və xidmət gəlirləri əldə edəcək. Avropa və Asiya arasındakı iqtisadi-ticari münasibətləri tənzimləmək imkanları qazanacaq. Yükdaşımaları nəzarətdə saxlayacaq”.

Xalidbəyli hesab edir ki, ABŞ Cənubi Qafqazın oyunçuları sırasına daxil olacaq:

“Əvvəl “3+3 formatı” mövcud idi. Böyük ehtimalla bu format dəyişəcək və bu formatın yerinə yeni regional formatın yaranması ehtimalı realdır. Ola bilər ki, yeni formatda Rusiya və İran kənarda saxlanılsın. Əgər saxlanılmasa belə, bu format “4+3”ə çevrilə bilər. Cənubi Qafqaz tamamilə dəyişilmə istiqamətində irəliləyir və bu da regionun bütövlükdə gələcək taleyini yenidən formalaşadırmaq imkanına malik olan prosesdir. Ümumi götürdükdə Azərbaycan prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp Ermənistan baş naziri Nikol Paşinyan Ağ Evdə Cənubi Qafqazın yenidən dizayn olunmasına yönəlik çox önəmli tarixi sənədə imza atmış oldular”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri