Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Cənubi Qafqazda işə düşən saatlı bomba Şərh

Cənubi Qafqazda işə düşən saatlı bomba Şərh

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan regional əməkdaşlıq üçün geniş imkanlar açmaqla Cənubi Qafqazın yeni təhlükəsizlik xəritəsinə mühüm töhfələr verir. Ermənistanın tezliklə sülh müqaviləsini imzalamasını istəyən qüvvələr Prezident İlham Əliyevin regionun gələcək perspektivləri ilə bağlı bütün təşəbbüslərini rəğbətlə qarşılayırlar. Söhbət həm də ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasının vazkeçilməz məkanı halına gətirəcək nəqliyyat-enerji layihələrindən gedir. 

Azərbaycan geostrateji anlamda 2 mühüm marşrut - Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həlledici həlqəsi kimi çıxış edir. Orta Dəhliz adlanan, Çindən başlayaraq Avropaya qədər uzanan nəqliyyat xətti Avrasiya coğrafiyası üçün artıq bir nömrəli istiqamətə çevrilməkdədir. Rusiya-Ukrayna müharibəsindən sonra ənənəvi əlaqələrin dağılması dünya ticarətinin əsas oyunçularını diqqəti məhz Orta Dəhliz layihəsi üzərində cəmləşdirməyə sövq edir. Dəhlizin əsas seqmentlərindən olan Bakı-Tbilisi-Qars kəmərinin yükdaşıma həcminin 5 milyon tona, Bakı Ələt Ticarət Limanının yükaşırma qabiliyyətinin isə 25 milyon tona qədər artırılması perspektivləri, bundan başqa, Mərkəzi Asiya respublikalarının da maraq göstərdiyi Zəngəzur dəhlizinin çəkilişi məsələsinin gündəmdə saxlanılması Azərbaycanı faktiki, Cənubi Qafqaz və Xəzər hövzəsinin ən mühüm nəqliyyat-logistika mərkəzinə çevirir".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

O əlavə edib ki, burada ikinci mühüm nəqliyyat marşrutu olan Şimal-Cənub xətti də Azərbaycanın iştirakı ilə reallaşır və beynəlxalq ekspertlər bu dəhlizi təsadüfən Avropanın şimal bölgələri, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamət adlandırmırlar: "Azərbaycan Prezidenti avqust ayında Rusiya prezidentinin Bakı səfəri zamanı bildirmişdi ki, Şimal-Cənub xətti ilə 15 milyon tondan çox, təxmini 30 milyon tonadək yükün daşınması tamamilə realdır. Bu məqsədlə marşrutun dəmir yolu sahəsinin modernləşdirilməsinə 120 milyon dollar vəsait nəzərdə tutulur. 

Enerji layihələrinə gəldikdə, yenə də məhz Rusiya-Ukrayna qarşıdurması səbəbindən “Qoca qitə”nin dəyişən energetik təhlükəsizliyi fonunda Azərbaycanın geostrateji çəkisi sürətlə artır. Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası hesabına hazırda Avropanın 8 ölkəsi Azərbaycan qazını alır. 2027-ci ilə qədər ölkəmizdən Qərbə daşınacaq enerji resurslarının həcmi 2 dəfə artırılacaq. Bəzi mərkəzlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki çəkisini azaltmağa çalışır, Bakını Rusiyadan aldığı qazı Qərbə satmaqda ittiham edir. Bununla belə, Avropadan olan tərəfdaş ölkələr Azərbaycanla enerji əməkdaşlığının davamını birbaşa etibarlılıq və rentabellik prinsipləri ilə əlaqələndirirlər.

Nəhayət, Azərbaycan “yaşıl enerji” siyasətinin də avanqard ölkəsi olaraq Avropanın enerji sistemində öz rolunu oynayacaq. Bakıda keçirilən COP29 günlərində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər və Qara dənizin dibi ilə Avropaya elektrik kabelinin çəkilişi barədə əldə edilən razılaşma Qərb ölkələrinin yaşıl enerjiyə keçid siyasətində müstəsna yerini alacaq. Hazırda Azərbaycan özünü enerji ehtiyatları ilə təmin etmək gücündə olmayan Albaniya, Macarıstan, Serbiya, Bolqarıstan və digər Avropa dövlətləri ilə “yaşıl dəhliz” platformasında yaxın əməkdaşlıq edir. Bu baxımdan Xəzərin dibi ilə kabel xəttinin çəkilişi həm Mərkəzi Asiya, həm də Azərbaycanın bərpaolunan enerji resurslarının Qərb bazaralarına daşınmasını xeyli sürətləndirəcək".

Meqalayihələr üçün təhlükəsizlik təhdidlərindən danışan deputat bildirib ki, regional iqtisadi uğurlar geopolitik təhlükəsizlik amilləri ilə birbaşa bağlıdır: "Başqa sözlə, istər nəqliyyat, istər enerji, istərsə də alternativ enerji layihələrinin effektiv realizəsi üçün möhkəm sabitlik, təhlükəsizlik, qarşılıqlı inam, logistik potensial əhəmiyyətli rol oynayır. Azərbaycanın geosiyasi aktora çevrilməsinə qarşı çıxan dairələr qlobal düzəndə baş verən dəyişikliklər reallığında öz şərtlərini diktə etmək üçün həmin layihələrin həyata keçirilməsini əngəlləmək məqsədilə Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyəti gərginləşdirməyə çalışırlar. 

Son günlər bir-birinin ardınca cərəyan edən hadisələr – Ermənistan hərbi qüvvələrinin sərhəd bölgələrində dislokasiyası, erməni terrorçularından ibarət 10 minlik dəstənin hazır vəziyyətə gətirilməsi, Fransa, Hindistan, Yunanıstan, Cənubi Koreyadan ermənilərə ötürülən öldürücü silahlar obrazlı desək, region üçün “saatlı bomba”nın hərəkətə gətirildiyini söyləməyə əsas verir. Gürcüstan Qərbin ciddi şantajı altındadır və Fransa öz əlaltıları – Gürcüstanın indiki prezidenti və çoxsaylı QHT şəbəkəsi vasitəsilə 2014-cü ildə Ukraynada yaşananları Gürcüstana daşımağa çalışır. Hazırda qonşu respublika yeni inqilab təhdidi ilə üz-üzə qalıb. Qərbin məxfi agentura şəbəkəsi artıq Mərkəzi Asiyaya da müdaxilə etməyə başlayıblar. Bu bölgədə olan ölkələrə təyin edilən diplomatların əksəriyyətinin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə birbaşa bağlı olduqları deyilir. 

Bir sözlə, kollektiv Qərb vaxtilə “Soros Fondu”nun xətti ilə keçmiş SSRİ respublikalarına və sosializm rejimindən çıxmış Cənub-Şərqi Avropa ölkələrinə “demokratiya” ixrac etmək təcrübəsini yenidən sınaqdan çıxarır. Əsas diqqətin məhz Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə yönəldilməsinin isə dərin və konseptual səbəbləri var: XXI əsrin ən mühüm layihələri bu regionların müəllifliyi ilə həyata keçəcək. XXI əsrin geosiyasi xəritəsində əsas fiqurların Azərbaycan və Mərkəzi Asiyanın türk respublikalarının ola biləcəyi ehtimalları azərbaycanofob və türkofob dairələri ciddi şəkildə qayğılandırır. Zəngəzur dəhlizi ilə bağlı müzakirələri tamamilə gündəmdən çıxarmağa göstərilən səylər ABŞ və Avropanın ən çox ehtiyat etdiyi “türk qurşağı”nın formalaşmasına imkan verməmək planları ilə bağlıdır".    

Bölgədə sabitliyi pozmaq üçün erməni kartından istifadə edən güclərin destruktiv fəaliyyəti ilə bağlı mövqeyini açıqlayan deputat bildirib ki, Ermənistan və ona dayaq duran mərkəzlərin Azərbaycan Prezidentinin irəli sürdüyü əməkdaşlıq təşəbbüslərinə alternativlər ortaya qoya biləcəkləri əsla inandırıcı görünmür: "Rəsmi Bakı regionun 5 ölkəsinin konstruktiv yanaşdığı 3+3 formatı çərçivəsində Cənubi Qafqazın inteqrasiyası proqramının əsas müəlliflərindən biridir. İnteqrasiya isə həm regional kommunikasiyaların açılmasını, həm də üzv ölkələr arasında ticari-iqtisadi əlaqələrin effektiv mexanizmlərinin formalaşmasını şərtləndirəcək. Şübhəsiz, iqtisadi bağlantılar Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının qurulmasına da təkan verəcək ki, bu, bölgənin “Axilles dabanı”na çevrilən Ermənistanın hərbi təxribatlar planının iflasa uğrayacağı anlamına gəlir. Sülh və təhlükəsizliyin təmini isə yalnız nəqliyyat-enerji layihələrinin deyil, COP29 çərçivəsində qarşıya qoyulan qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinin də reallaşmasında tarixi rol oynayacaq".

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri