Icma.az
close
up
RU
“Cənubi Qafqazda xaos yaratmaq istəyirlər” AÇIQLAMA

“Cənubi Qafqazda xaos yaratmaq istəyirlər” AÇIQLAMA

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keçən gün Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı bəyanat yayıb.

Bildirilib ki, bütün bunlar regiondankənar aktorların Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək siyasətinin tərkib hissəsidir:

“Biz Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarımızdan didərgin salmış, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, hələ də Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını davam etdirən təcavüzkar bir ölkənin silahlandırılması yolverilməzdir”.

Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırıb.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politloq Tofiq Abbasov bildirib ki, Yunanıstan NATO-nun üzvüdür və bir çox məsələlərdə kollektiv Qərbin, o cümlədən, ABŞ-nin təzyiqləri və tapşırıqları qarşısında heç bir müqavimət göstərmədən hər şeyə razı olur:

“Əlbəttə ki, bu, tək suveren Yunanıstanın qərarı deyil. Çox güman ki, Yunanıstan burda tapşırığı yerinə yetirir. Bu tapşırıq da ABŞ və NATO rəhbərliyi tərəfindən gəlir. Faktiki olaraq S-300-lər Rusiya istehsalı olan silahlardır.

Birincisi, Qərb ölkələrində, o cümlədən, NATO üvzlərində təmizləmə prosesinə star verilib. Digər tərəfdən isə burada ikibaşlı xeyir götürmə məsələsi gündəmə gəlir ki, Ermənistanı artıq Qərbin yeni vassalı kimi Azərbaycana qarşı silahlandırsınlar.

Bizim bölgədə elə bir şərait yaratsınlar ki, burada üstünlük Ermənistan tərəfdə olsun. Ancaq bunlar xülya və fantaziyadan başqa bir şey deyil.

Çünki birincisi Azərbaycan son dərəcə güclü ölkədir, geosiyasi və hərbi potensial və orduların döyüş qabiliyyəti baxımından Azərbaycan dəfələrlə Ermənistanı üstələyir.

Bəs əgər belədirsə, niyə Ermənistanın üzərinə belə bir öhdəlik qoyulub ki, siz silahlanın və məqamı çatanda Azərbaycana müharibə elan edin?”

Ermənistanı silahlandıranlar heç də onlara dəstək və ya xalqa kömək eləmək fikrində deyillər: “Burada əsas məqsəd bizim bölgədə eskalasiya, gərginlik, qarşıdurma, xaos yaratmaqdır. Belə olduğu şəraitdə müharibə ehtimalı artır.

Əgər müharibə ehtimalı artacaqsa, onda Qərb fürsətdən istifadə edərək çalışacaq ki, bütün imkanlarını proseslərə qatsın, Cənubi Qafqaz və Ermənistanın xeyrinə olaraq hərbi kontingent yerləşdirsin.

Məsələn, Kanada Avropa İttifaqında yoxdur. Amma biz Kanadanın da burda son dərəcə fəal iştirakinı görürük. Kanadanın bizim bölgəyə nə dəxli var?

Bu proseslərə yenə də Qərbin ümumi, vahid yanaşması çərivəsində qatılıb.

Onlar heç də Ermənistana dəstək və ya xalqına kömək eləmək fikrində deyillər.

Onlar sadəcə öz proqramlarını həyata keçirirlər ki, postsovet məkanında, xüsusilə də həssas olan Cənubi Qafqazda özlərinin fiziki mövcudluğunu təmin etsinlər. Bunun üçün Fransa, ABŞ, Niderland və hətta İrilandiya canfəşanlıq edir və çalışır ki, Ermənistana dəstək göstərərək Cənubi Qafqazda Qərbin mövcudluğunu təmin etsinlər. Ancaq bu, o demək deyil ki, onlar nə istəyirsə, edə bilər. Çox güman ki, əksi olacaq”.

Tofiq Abbasov qeyd edib ki, sonda ölkəmizin sözü həlledici olacaq və biz heç bir qüvvəyə daxili işlərimizə qarışmağa imkan verilməyəcək:

“Azərbaycan ilk növbədə güclü dövlətdir. Digər tərəfdən, biz imkan verməyəcəyik ki, sərhədlərimiz boyu ərazilərimizdə xarici qonşular olsun və kontingent yerləşdirilsin. Prezident İlham Əliyev bildirmişdik ki, o, guya vətəndaş missiyası adı altında bölgəyə gələn müşahidəçilər Azərbaycanda ola bilməz.

Gətirirsiz, Ermənistana gətirin. Biz onlara imkan verməyəcəyik. Onlar da indi casusluqla məşğuldular. Çalışırlar bütün prosesləri Qərbdə yerinə yetirsinlər ki, Azərbaycanı, İranı və Rusiyanı burda sıxışdırsınlar. Amma bu zənn edirəmki, alınan iş deyil. Biz burda Ermənistanın nə dərəcədə riyakarlıq etdiyini görürük. Bir tərəfdən. guya Ermənistan KTMT-nin üvzüdür, amma onun iclaslarına getmir. Digər tərəfdən, çalışır ki, özünü müstəqil bir tərzdə ifadə etsin, guya özlərinin müstəqil siyasəti var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri