Icma.az
close
up
RU
Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin gələcəyi necə dəyişəcək? AÇIQLAMA

Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin gələcəyi necə dəyişəcək? AÇIQLAMA

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton görüşündə müzakirə olunan və “Tramp körpüsü” (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu – TRIPP) adlandırılan layihə Cənubi Qafqaz regionunda nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə inkişafını nəzərdə tutur.

Avtosfer.az xəbər verir ki, bu layihə çərçivəsində Naxçıvana gedən yol maneəsiz keçidlə açılacaq və bu, yüklərin və sərnişinlərin Azərbaycanın bir hissəsindən digər hissəsinə təhlükəsiz keçidini təmin edəcək. Ən önəmlisi isə bu yolun təhlükəsizliyi üçün üçüncü tərəf olaraq ABŞ-ın özəl hərbi şirkəti məsuliyyət daşıyacaq.

Bütün bunlar region ölkələri üçün nəqliyyat marşrutlarının daha təhlükəsiz və səmərəli işləməsinə şərait yaradacaq. Layihə sayəsində həm dəmir yolu, həm də avtomobil yolu şəbəkələrinin modernləşdirilməsi və genişləndirilməsi mümkün olacaq. Bu, Cənubi Qafqazın nəqliyyat tranzit potensialını artırmaqla beynəlxalq ticarət əlaqələrinin güclənməsinə və regional inteqrasiyanın dərinləşməsinə səbəb olacaq.

Beləliklə, TRIPP layihəsi regionun iqtisadi inkişafına töhfə verəcək, sərhədlərarası ticarəti asanlaşdıracaq və nəqliyyat-kommunikasiya sahəsində yeni imkanlar yaradacaq.

Bəs TRIPP layihəsi region ölkələrinin dəmir yolu və avtomobil yolu şəbəkələrinin inkişafına hansı imkanlar yaradacaq?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bölgəmizdə quru dəhlizlərinin əhəmiyyəti hər gələn gün artmaqdadır: “Regiondakı mürəkkəb geosiyasi vəziyyət fonunda hər yeni yol, yeni marşrutun müstəsna əhəmiyyəti var. Azərbaycanın yerləşdiyi coğrafiyada çox strateji əhəmiyyət var.

Mövcud marşrutlarla yanaşı, Xəzər və Qara dəniz limanlarını əlaqələndirən Trans-Qafqaz magistralı Aralıq dəniz limanları və Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu, bununla yanaşı, yeni şaxələndirmə mövzusu gündəmə gəlir. Azərbaycan da öz torpaqlarını azad etdikdən sonra aktiv surətdə bu yöndə işlər görür. Zəngəzur istiqamətində yeni avtomobil magistralları, dəmir yolu  inşa edir, demək olar ki, tamamlanma mərhələsindədir. Bu yeni marşrutlar vaxtında və doğru verilmiş bir qərardır. Yeni fürsətlər üçün də zəmin yaradır”.

Ekspertin fikrincə, Zəngəzurdan keçən marşrutun unikallığı ondadır ki, həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də Cənub-Qərbi əlaqələndirmək kimi imkanlara sahibdir: “Bu marşrutda tək avtomobil və dəmir yolları deyil, gələcək üçün həmçinin enerji kabelləri, internet fiberoptik kabeli və enerji kəmərləri kimi də fürsətlər üçün imkanlar var. Düşünürəm ki, yaxın illərdə artıq marşrutun tam fəaliyyətindən sonra onun potensialını real olaraq görəcəyik”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Avqust 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri