Icma.az
close
up
RU
“Cənubi Qafqazda yürüdülən çirkin siyasətin reallaşmasına imkan verilməyəcək” Mehriban Vəliyeva

“Cənubi Qafqazda yürüdülən çirkin siyasətin reallaşmasına imkan verilməyəcək” Mehriban Vəliyeva

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan öz xarici siyasətini, qonşu dövlətlərlə münasibətlərini milli maraqlar üzərində qurur, üçüncü tərəfin istək və arzuları əsasında formalaşdırmır. Başqa ölkələrin daxili məsələlərinə müdaxilə etmirik. Əksinə istəyirik ki, xüsusilə də, qonşuluğumuzda yerləşən ölkələrdə sülh və sabitlik, iqtisadi inkişaf olsun. Bu, həm də regionumuzun inkişafı üçün vacibdir. Eyni zamanda kənar dövlətlərin də Cənubi Qafqazda gərginliyi artırmaq üçün təxribat xarakterli fəaliyyətlərinə göz yummaq, buna səssiz qalmaq niyyətində deyilik. Bütün dünya artıq Azərbaycanın xarici siyasət kursunun mahiyyətindən xəbərdardır və bizi müstəqil siyasət yürüdən önəmli actor kimi qəbul edirlər. Düşünürəm ki, bu ölkə rəhbərliyinin uzun müddət yürütdüyü düzgün, prinsipial siyasətinin nəticəsində mümkün olub”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsini şərh edərkən bildirib.

Müsahibədə bir çox vacib istiqamətlərə aydınlıq gətirildiyini deyən millət vəkili dövlət başçısının ayrı-ayrı fundamental məsələlər barədə təfsilatlı, dolğun məlumatlar verdiyini, eyni zamanda Cənubi Qafqazdakı və Azərbaycandakı prosesləri diqqətlə izləyən tərəflərə mesajlar çatdırdığını qeyd etdi.

“Cənab İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin korlanmasında maraqlı olan qüvvələri yenə məyus etdi. Ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrə dair suallara müfəssəl cavablar verən cənab Prezident indiki mürəkkəb beynəlxalq şəraitdə qonşularla, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərin nəinki qorunub saxlanıldığını, hətta müttəfiqlik səviyyəsində olan əlaqələrini inkişaf etdirildiyini bildirdi. 2022-ci ildə Moskvada Azərbaycan ilə Rusiya arasında imzalanmış Müttəfiqlik Bəyannaməsi qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qüvvədə saxlayıb. Rusiyanın regionları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Rusiyada Azərbaycan Prezidentinin siyasəti diqqətlə izlənilir, onun peşəkar siyasi fəaliyyəti, hərbi uğurları öyrənilir, ona böyük rəğbət bəsləyirlər. Rusiyanın dövlət xadimlərinin, regional rəhbərlərinin, politoloqların, jurnalistlərin, incəsənət nümayəndələrinin açıqlama və müsahibələrində biz bunu açıq görürük. Yalnız müstəqil və cəsarətli xarici siyasətlə bu rəğbəti qazanmaq mümkündür. Azərbaycan həm Rusiya, həm də NATO ölkəsi olan Türkiyə ilə strateji münasibətlər qurur. Artıq bütün tərəflər buna öyrəşiblər və reallığı qəbul edirlər. Prezident müsahibəsində müharibənin deyil, sülhün tərəfdarı olduğunu bir neçə dəfə ifadə etdi. Xüsusilə də, bildirdi ki, NATO ilə Rusiya arasındakı münasibətlərin müharibə ilə nəticələnəcəyini güman etmir. Qeyd etdi ki, hər kəs bunun bütün dünya üçün fəlakətli nəticələrini dərk edir. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq”.

M.Vəliyeva bildirdi ki, Qərbin Rusiyaya qarşı artan sanksiyaları, təzyiqləri fonunda Bakının bu siyasətə alət olmaması, müstəqil mövqe sərgiləməsi, ədalətin, beynəlxalq hüququn yanında yer alması qərəzli tərəflərin maraqlarına cavab vermir: “Ona görə də ölkəmizə qarşı müxtəlif istiqamətlərdə cəbhələr açılıb. Görəndə ki, Bakını doğru bildiyi yoldan döndərə bilmirlər, Cənubi Qafqazdakı əlaltılarının – Ermənistanın vasitəsilə bizə təzyiq etməyə başladılar. İrəvanın Fransa, Hindistan və ABŞ ilə hərbi-texniki sahədə əməkdaşlığı, bu ölkəyə pulsuz öldürücü silahların verilməsi regional təhlükəsizliyi təhdid edir. Azərbaycan buna göz yuma bilməz və adekvat tədbirlər görməyə məcburdur. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord həddə - 5 milyard dollar çatdırılması təsadüfi deyil. Cənab Prezidentin qeyd etdiyi kimi, təhdidlər olmasaydı, hərbi sahəyə bu qədər vəsair ayırmayacaqdıq. Bu pullar Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə ediləcəkdi. Sürətlə silahlandırılması belə üç milyon civarında əhalisi olan, səfalət içərisində yaşayan Ermənistana Azərbaycanla hərbi rəqabət aparmağa kifayət etməyəcək. İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı ilə Ermənistana verilən tarixi dərs hələ uzun müddət onların yadından çıxmayacaq və çıxmamalıdır da. Ermənistanın silahlandırılmasına baxmayaraq, Azərbaycan sülhün əldə olunması üçün səylərini davam etdirir. 17 maddəlik təkliflər paketindən 15-i razılaşdırılıb. Qalan iki maddədən biri başqa ölkələrin nümayəndələrinin sərhədimizdə yerləşdirilməməsidir. Avropa İttifaqının missiyasının tədricən NATO-nun missiyasına çevrilməsi haqlı olaraq narahatlıq doğurur. İlkin razılaşmaya görə, Ermənistanla sərhədə 40 nəfər yerləşdiriləcəkdi. Bundan sonra bu missiya birtərəfli qaydada genişləndirildi. Kanadanın da sonradan prosesə qoşulması ilə Aİ missiyası NATO missiyasına çevrildi. Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı dəyişiklik etmədən, ATƏT-in Minsk qrupu ləğv olunmadan qarantlı sülhdən və təhlükəsizlikdən söhbət gedə bilməz.

Razılaşdırılmamış digər maddə beynəlxalq iddialardan imtina ilə bağlıdır. Burada söhbət həm də 30 illik işğal dönəmində Azərbaycana vurulmuş 150 milyard dollarlıq zərərdən imtinadan gedir. Göründüyü kimi, ölkəmiz kifayət qədər İrəvana güzəşt etdiyi halda, onlar müstəqil xarici siyasət yürüdə bilmədikləri üçün, avropa müşahidəçilərə “get” deyə bilmirlər. Ermənistanın arxasında duran dövlətlər, xüsusilə də Fransa neokolonializmdən, natamamlıq komlksindən əziyyət çəkir. Onlar istəyirlər ki, yenə də digər ölkələr onların sözü ilə oturub-dursun, qərarlarına tabe olsunlar. Eqoizm xəstəliyinə tutulan “qoca qitə” yeni reallıqlarla barışmaq zorundadır. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar, bu, onların şüurlarında dərin kök salıb”.

M.Vəliyeva qeyd etdi ki, Prezident İlham Əliyev müsahibədə həm Ermənistan vasitəsi ilə, həm də Gürcüstanda siyasi gərginlik yaratmaqla Cənubi Qafqazı nəzarətdə saxlamaq istəyən qüvvələrə açıq mesajını çatdırdı. Azərbaycan həm milli, həm də regional maraqlarını qorumaq naminə öz müttəfiq qonşularının köməyi ilə Cənubi Qafqazda yürüdülən çirkin oyunların baş tutmaması üçün lazımi addımları atacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see133

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see126

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see118

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see118

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see117

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see116

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri