Icma.az
close
up
RU
Mehriban Vəliyeva: “Aparılan islahatlar Sumqayıtı Cənubi Qafqazın ən böyük sənaye şəhəri edib”

Mehriban Vəliyeva: “Aparılan islahatlar Sumqayıtı Cənubi Qafqazın ən böyük sənaye şəhəri edib”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi zamandan bu günə qədər Sumqayıta hər səfəri bu şəhərin iqtisadi həyatında canlanma yaradıb, sənayenin inkişafına töhfə verib. Hər səfərində açılışını etdiyi müəssisələr yerli əhalinin sosial həyatına müsbət təsirlər göstərib, gənclər üçün yeni iş imkanları yaradıb, yoxsulluğun azalması və sosial sabitliyin güclənməsi ilə nəticələnib. Bu müəssisələr təkcə Azərbaycanın deyil, respublikamızın iqtisadi həyatında ciddi paya malik olmaqdadır”. 

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə rəhbər vəzifələrdə çalışarkən Sumqayıtın inkişafına, çiçəklənməsinə xüsusi diqqət ayırırdı: “Ümummilli Lider ikinci dəfə - 1993-cü ildə xalqın çağırışı ilə yenidən hakimiyyətə gələndən sonra Sumqayıt yenidən dirçəlməyə başladı. 2003-cü ildə prezident seçilən cənab İlham Əliyev ilk səfərini Sumqayıta etdi ki, bu da təsadüfi deyildi. Onun təşəbbüsü və təşkilatçılığı ilə təməli qoyulan sənaye müəssisələri Sumqayıtın yenidən Azərbaycanın sənaye şəhəri edəcəkdi. Belə də oldu”. 

Millət vəkili bildirdi ki, ötən əsrin 40-cı illərinin sonunda şəhər statusu almış Sumqayıt hazırda təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biridir: “Ölkə iqtisadiyyatında strateji əhəmiyyətə malik olan şəhər geniş sənaye potensialına malikdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Sumqayıta səfər edərək burada Kimya Sənaye Parkında oldu, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışlarını etdi. Ümumiyyətlə, Sumqayıtda yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək, ixrac potensialını  genişləndirəcək, iqtisadiyyatın şaxələnməsinə səbəb olacaq, məşğulluq problemlərinin həllinə müsbət töhfə verəcək”.

M.Vəliyeva qeyd etdi ki, Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır: “613 hektar ərazisi olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri mövcuddur. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. İki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac olunur.  

“Az-Tex-İmport” MMC  İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Məlumat verilib ki, zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. 

“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Zavodun məhsullarının Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur. Zavodda işçilərin sayının 245 nəfərə çatdırılması planlaşdırılır”. 

Millət vəkili bildirdi ki, Prezident İlham Əliyev Sumqayıta hər səfəri yeni iqtisadi obyektlərin, infrastruktur layihələrinin açılışı və ya təməlqoyma mərasimləri ilə yadda qalıb: “Sumqayıtdakı sənaye müəssisələri təkcə bu şəhərin deyil, ümumilikdə respublikamızın sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Həyata keçirilən iqtisadi islahatlar, layihələr Sumqayıtı sənaye şəhəri kimi regionun aparıcı mərkəzi edib.  Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sumqayıt sənaye parkı bunların ən böyüyüdür. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see223

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see164

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see122

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri