Icma.az
close
up
RU
Çerçesov Qazaxıstan millisindən qovulub? Futbol qurumu bəyanat yaydı

Çerçesov Qazaxıstan millisindən qovulub? Futbol qurumu bəyanat yaydı

Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi Stanislav Çerçesovun postundan göndərildiyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, qurum rəsmi saytı vasitəsi ilə bu yöndə dərc edilən informasiyaları yalanlayıb:

"Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesovun getdiyi ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Çerçesov müqaviləsinə uyğun olaraq, yığmadakı işini görür".

Xatırladaq ki, rusiyalı mütəxəssis bu ilin yayından Qazaxıstan seçməsinin "sükanı arxası"ndadır. Sözügedən komanda onun rəhbərliyi UEFA Millətlər Liqasında çıxdığı 6 matçdan 5-də uduzub, 1 qarşılaşma isə heç-heçə başa çatıb.

Nihat 

seeBaxış sayı:89
embedMənbə:https://fanat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri