Cərrah küçədə ürək əməliyyatı ilə xəstəni xilas etdi
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Macarıstanda cərrah Jolt Dubotski bıçaqlanmış 30 yaşlı kişini təcili olaraq küçədə əməliyyat edərək həyatını xilas edib.
Milli.Az xəbər verir ki, hadisə Budapeştdə yerləşən Milli Onkologiya İnstitutunun əməkdaşları tərəfindən təsdiqlənib.
Məlumata görə, Budapest şəhərində baş verən hadisə zamanı yaralanan şəxsin ürəyindən bıçaq yarası aldığı müəyyən edilib. Həkimlər xəstənin xəstəxanaya çatdırılmasının riskli olduğunu və onun cəmi bir neçə dəqiqəsinin qaldığını görərək təcili müdaxilə qərarı veriblər.
Cərrah Jolt Dubotski təxminən 7 dəqiqə ərzində xəstənin döş qəfəsini açaraq döyünən ürəyi tikib və onun həyatını xilas edib.
Əməliyyatdan sonra xəstə helikopterlə xəstəxanaya aparılıb. O, həkimə və tibbi briqadaya təşəkkürünü bildirib.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 30 Aprel 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















