Cəsədlər üzərində qurulan həyat: ermənilər Çeçen torpaqlarını necə və niyə zəbt etdilər?
Icma.az bildirir, Olke.az portalına istinadən.
"23 fevral 1944-cü ildə təxminən yarım milyon çeçen və inquşun Qazaxıstan və Qırğızıstana zorla deportasiyası başladı. "Mərci" kod adı ilə bu əməliyyat tarixin qara səhifələrindən birinə çevrilib
Xüsusi əməliyyat nəticəsində on minlərlə insan həlak oldu - təkcə yolda deyil, həm də mənzil çatışmazlığı, qida, tibbi yardım, geyim və əsas ehtiyacların olmamasısəbəbindən öldülər.
Deportasiya edilənlər arasında təkcə çeçenlər və inquşlar deyil, həm də digər millətlərin nümayəndələri (kalmıklar, Krım tatarları, balkarlar, qaraçaylar və s.) var idi".
Ölkə.az xəbər verir ki, bu sözləri professor Zaur Əliyev deyib.
O qeyd edib ki, Çeçen-İnquş MSSR ləğv edildikdən sonra onun ərazisində Qrozni vilayəti yaradıldı:
"Bu ərazilər yüksək məhsuldarlığa malik kənd təsərrüfatı torpaqları və strateji əhəmiyyətli neft yataqları ilə zəngin idi. Sovet hakimiyyəti bu resursların istismarını dayandırmamaq üçün bölgəyə dərhal işçi qüvvəsi cəlb etməli idi. Xüsusən ermənilər sovet hakimiyyətinin istifadə etdiyi yeganə millət oldu.
Ermənilərin köçürülməsi Ermənistan rəhbərliyinin xahişi ilə həyata keçirildi. Bunu iqtisadi səbəblə bağlasalar da, burada əsas məqsəd ermənilərin çeçenlərlə Urartu davası idi. Rusiya imperiyası və Sovet dövründə çeçenlər yekdilliklə deyirlər ki, ermənilər çeçen tarixinin Urartu ilə bağlı izlərini bilərəkdən məhv ediblər.
Tarixçi alim, Çeçenistan Dövlət Universitetinin Tarix fakültəsinin müəllim Hacı Xizriyevin sözlərinə görə, Urartu dövlətinin ermənilərlə heç bir əlaqəsi yoxdur və bu mübarizə uzun illərdir davam edir və davam edir:
"Urartu – inquşlar və çeçenlərin əcdadlarıdır. Bu erməni mifi artıq alimlər tərəfindən ifşa edilib"
Məhz bu söhbətin deportasiyaya qədər davam etməsi ermənilərin əlinə imkan verir ki, qisaslarını həm alsınlar, həm də çeçen-inquşları doğma torpaqlarından mərhum edib oranı da qədim erməni torpağı elan etsinlər.
Məhz buna görə də NKVD-nin rəhbərliyində və yerli bölmələrində çalışan erməni mənşəli zabit və əməliyyatçıları xüsusi canfəşanlıq edirdilər. Onlar çeçenlərin evlərindən zorla çıxarılmasında, müqavimət göstərənlərin güllələnməsində və insanların heyvan vaqonlarına doldurulmasında birbaşa iştirak edirdilər.
Sürgün əməliyyatını idarə edən Lavrenti Beriyanın ən yaxın köməkçiləri arasında erməni mənşəli yüksək rütbəli zabitlər var idi. Xüsusilə Baqrat Kobulov adlı erməni daha qəddar adam idi.
Şahid ifadələrinə görə sürgünə getməmək üçün dağ kəndlərində gizlənən yerli əhalini buranın şəraiti bilən və bölgədə yaşayan erməni agentlər məlumat verən kimi istifadə olunurdu.
Çeçenlərə məxsus qəbir daşları sökülərək tikinti materialı, yol çəkilişi və ya fermaların təməli kimi istifadə olunurdu. Köçürülən erməni əhali bu "tikinti materiallarından" öz təsərrüfatlarında geniş istifadə etmişdir.
Ermənistan mediası yazırdı ki, çeçenlər "xain"dir və onlar bir daha geri dönməyəcəklər. Ermənilər bu torpaqlarda özlərini mülk sahibi kimi daha rahat hiss etsinlər.
Ermənilər bura köçən kimi çeçenlərin şəxsi əşyalarını, mal-qarasını və evlərini istifadə edirdilər. Abidələri və tarixi adları dəyişdirdilər. Onlar gələn kimi çeçen dilində olan kitabları, arxivləri və əlyazmaları yandırırdılar.
Tarixçi Mayrbek Vaçaqayevin araşdırmalarında qeyd olunur ki, 1944-1957-ci illər arasında çeçen toponimlərinin dəyişdirilməsində erməni dilşünasları və mütəxəssisləri də iştirak ediblər. Onlar çeçen izini silmək üçün kəndlərə yeni adlar uydururdular.
Çeçenlər neçə ildən sonra öz evlərinə qayıdanda ermənilər oranı tərk etmək istəmirdilər. Erməni sakinlər çeçenlərin öz mülklərini geri almaması üçün yerli partiya komitələrinə şikayət edir, geri dönənləri "bandit" adlandıraraq onlara qarşı silahlı qruplar yaradırdılar.
Son olaraq qeyd edim ki, Ermənilərin çeçenlərə qarşı fəaliyyətləri o dövrdə sadəcə "qonşu davası" deyil, Sovet sisteminin onlara verdiyi imtiyazdan istifadə edərək başqa bir xalqın fəlakəti üzərində rifah qurmaq cəhdi idi".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 09 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















