Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?

“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 751.8 min ABŞ dolları dəyərində 42 786 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20.3% və ya 7216 ədəd, dəyəri isə 21.8% və ya 141 milyon 293.8 min ABŞ dollar artıb.

Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.6% artaraq 767 təşkil edib.

Bu, Azərbaycanda avtomobil parkının tədricən yeniləndiyini göstərir. Bakı küçələrində son illərdə daha çox yeni, texnoloji cəhətdən inkişaf etmiş, həm də ekoloji baxımdan daha təmiz avtomobillər üstünlük təşkil edir. Əvvəllər geniş yayılmış köhnə rus istehsalı "Jiquli" və ya "Volqa" kimi modellər, eləcə də 90-cı illərin və 2000-lərin əvvəlinə aid köhnə alman, yapon avtomobilləri demək olar ki, dövriyyədən çıxarılıb. "Mercedes"in "çeşka", "yeşka" kimi klassik modellərinin sayı kəskin azalıb. "Toyota"nın "Prius" modelləri də əvvəlki qədər populyar deyil.

Bəs mütəxəssislər avtomobil parkının yenilənməsi istiqamətində hazırkı vəziyyəti necə qiymətləndirirlər?

"Son illərdə aparılan islahatlar real nəticələr verir"

Ölkə.Az xəbər verir ki, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev "Kaspi"yə açıqlamasında bildirir ki, avtomobil sektorunda son illərdə aparılan islahatlar real nəticələr verir: "Ümumilikdə, 2021-ci ildən başlayaraq ölkəmizdə avtomobil sektorunda ciddi dəyişikliklər və dövlət dəstəyi müşahidə olunur. Bu dövrdə qəbul edilən qərarlar, xüsusilə də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər avtomobil parkının yenilənməsinə böyük töhfə verib. Utilizasiya prosesinin başlanması isə əhalidə anlayış formalaşdırıb ki, artıq köhnə avtomobillərin gələcəyi yoxdur və sağlam, təhlükəsiz nəqliyyat vasitələrinə ehtiyac var. Bu yanaşma da yenilənməni təşviq edən əsas amillərdəndir".

Müasir və təhlükəsiz nəqliyyat vasitələri

E.Əliyevin qənaətincə, 2024-cü ildə müşahidə edilən digər müsbət hal ondan ibarətdir ki, artıq ikinci əl, 8-10 ildən çox yaşı olan, mühərrik həcmi böyük avtomobillərin qiymətləri ucuzlaşmaqdadır: "Məsələn, əvvəllər 1999-cu ilin "çeşka" modelini 13-14 min manata satırdılar. İndi bazar özü qiymətləri tənzimləyir və real dəyərlə satış baş verir. Əlbəttə, avtomobil parkını bir anda tamamilə yeniləmək mümkün deyil. Amma bu, mərhələli şəkildə baş verir. Xüsusilə taksi parkının yenilənməsi şəhər daxilində köhnə avtomobillərin dövriyyədən çıxmasına səbəb olub ki, bu da vacib nəticələrdəndir. Bütün bu addımlar onu göstərir ki, sektor düzgün istiqamətdə inkişaf edir və yaxın illərdə də bu islahatlar davam edəcəyi təqdirdə, avtomobil parkımız müasir və təhlükəsiz nəqliyyat vasitələrindən ibarət olacaq".

"Tam yenilənmə qısa müddətdə baş verə bilməz"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də təsdiqləyir ki, avtomobil parkının yenilənməsi istiqamətində müsbət tendensiya müşahidə olunur: "Parkın tam yenilənməsi qısa müddətdə baş verə bilməz. Bu, zaman tələb edən bir prosesdir. Amma bu sahədə müsbət tendensiya müşahidə olunur. Son illərdə ölkəyə gətirilən avtomobillərə yaş məhdudiyyətlərinin tətbiqi, eyni zamanda, ekoloji baxımdan üstün olan yeni nəsil elektrik və hibrid avtomobillərə marağın artması bu prosesə ciddi təkan verir. Bu amillər avtomobil parkının yenilənməsi istiqamətində atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər".

"Ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır"

Nəqliyyat eksperti vurğulayır ki, avtomobil parkının yenilənməsi ekologiya baxımından da mühüm əhəmiyyət daşıyır: "Yeni avtomobillər havaya buraxılan zərərli qazların miqdarını azaldır, daha təhlükəsiz və komfortludur. Köhnə avtomobillər adətən yüksək yanacaq sərfiyyatına və zəhərli tullantıların əhəmiyyətli dərəcədə emissiyasına səbəb olur. Bu da şəhər havasının keyfiyyətinin aşağı düşməsi, ekoloji tarazlığın pozulması kimi problemlərə yol açır".

Yenilənmənin göstəricisi

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, şəhər küçələrində köhnə modellərin azalması yenilənmənin göstəricisidir: "Şəhərdə avtomobil parkının yenilənməsi artıq ciddi şəkildə nəzərə çarpır. Bu, çox müsbət haldır. Son dövrlərdə Çin istehsalı avtomobillər, elektromobillər və hibrid modellər daha çox yayılıb. Xüsusilə lizinq imkanları bu prosesi daha da sürətləndirir".

"Şəhər nəqliyyatını daha təhlükəsiz edir"

Mütəxəssis bildirir ki, yeni avtomobillərin təhlükəsizlik sistemləri - əyləc, təkər və elektron sabitlik kimi elementləri daha təkmildir: "Bu, yollarda baş verən qəzaların sayının azalmasına da şərait yaradır. Köhnə avtomobillərin uzun əyləc məsafəsi və texniki nasazlıqları daha çox risk yaradır. Avtoparkın tədricən yenilənməsi bu riskləri azaldır və şəhər nəqliyyatını daha təhlükəsiz edir".

"Bazarda durğunluq müşahidə edilir"

A.Nəbiyevin sözlərinə görə, hazırda avtomobil bazarında durğunluq müşahidə edilir: "İkinci əl avtomobillərə maraq azalıb, insanlar daha çox avtomobil salonlarına və lizinq imkanlarına üstünlük verirlər. Ümumilikdə, avtomobil parkının yenilənməsi həm ekologiyaya, həm də yol təhlükəsizliyinə müsbət təsir göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 İyun 2025 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see131

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri