Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?

“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 789 milyon 751.8 min ABŞ dolları dəyərində 42 786 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20.3% və ya 7216 ədəd, dəyəri isə 21.8% və ya 141 milyon 293.8 min ABŞ dollar artıb.
Hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.6% artaraq 767 təşkil edib.

Bu, Azərbaycanda avtomobil parkının tədricən yeniləndiyini göstərir. Bakı küçələrində son illərdə daha çox yeni, texnoloji cəhətdən inkişaf etmiş, həm də ekoloji baxımdan daha təmiz avtomobillər üstünlük təşkil edir. Əvvəllər geniş yayılmış köhnə rus istehsalı "Jiquli" və ya "Volqa" kimi modellər, eləcə də 90-cı illərin və 2000-lərin əvvəlinə aid köhnə alman, yapon avtomobilləri demək olar ki, dövriyyədən çıxarılıb. "Mercedes"in "çeşka", "yeşka" kimi klassik modellərinin sayı kəskin azalıb. "Toyota"nın "Prius" modelləri də əvvəlki qədər populyar deyil.

Bəs mütəxəssislər avtomobil parkının yenilənməsi istiqamətində hazırkı vəziyyəti necə qiymətləndirirlər?

"Son illərdə aparılan islahatlar real nəticələr verir" 

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev "Kaspi"yə açıqlamasında bildirir ki, avtomobil sektorunda son illərdə aparılan islahatlar real nəticələr verir: "Ümumilikdə, 2021-ci ildən başlayaraq ölkəmizdə avtomobil sektorunda ciddi dəyişikliklər və dövlət dəstəyi müşahidə olunur. Bu dövrdə qəbul edilən qərarlar, xüsusilə də ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlər avtomobil parkının yenilənməsinə böyük töhfə verib. Utilizasiya prosesinin başlanması isə əhalidə anlayış formalaşdırıb ki, artıq köhnə avtomobillərin gələcəyi yoxdur və sağlam, təhlükəsiz nəqliyyat vasitələrinə ehtiyac var. Bu yanaşma da yenilənməni təşviq edən əsas amillərdəndir".
Müasir və təhlükəsiz nəqliyyat vasitələri

E.Əliyevin qənaətincə, 2024-cü ildə müşahidə edilən digər müsbət hal ondan ibarətdir ki, artıq ikinci əl, 8-10 ildən çox yaşı olan, mühərrik həcmi böyük avtomobillərin qiymətləri ucuzlaşmaqdadır: "Məsələn, əvvəllər 1999-cu ilin "çeşka" modelini 13-14 min manata satırdılar. İndi bazar özü qiymətləri tənzimləyir və real dəyərlə satış baş verir. Əlbəttə, avtomobil parkını bir anda tamamilə yeniləmək mümkün deyil. Amma bu, mərhələli şəkildə baş verir. Xüsusilə taksi parkının yenilənməsi şəhər daxilində köhnə avtomobillərin dövriyyədən çıxmasına səbəb olub ki, bu da vacib nəticələrdəndir. Bütün bu addımlar onu göstərir ki, sektor düzgün istiqamətdə inkişaf edir və yaxın illərdə də bu islahatlar davam edəcəyi təqdirdə, avtomobil parkımız müasir və təhlükəsiz nəqliyyat vasitələrindən ibarət olacaq".

"Tam yenilənmə qısa müddətdə baş verə bilməz"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də təsdiqləyir ki, avtomobil parkının yenilənməsi istiqamətində müsbət tendensiya müşahidə olunur: "Parkın tam yenilənməsi qısa müddətdə baş verə bilməz. Bu, zaman tələb edən bir prosesdir. Amma bu sahədə müsbət tendensiya müşahidə olunur. Son illərdə ölkəyə gətirilən avtomobillərə yaş məhdudiyyətlərinin tətbiqi, eyni zamanda, ekoloji baxımdan üstün olan yeni nəsil elektrik və hibrid avtomobillərə marağın artması bu prosesə ciddi təkan verir. Bu amillər avtomobil parkının yenilənməsi istiqamətində atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər".

"Ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır"

Nəqliyyat eksperti vurğulayır ki, avtomobil parkının yenilənməsi ekologiya baxımından da mühüm əhəmiyyət daşıyır: "Yeni avtomobillər havaya buraxılan zərərli qazların miqdarını azaldır, daha təhlükəsiz və komfortludur. Köhnə avtomobillər adətən yüksək yanacaq sərfiyyatına və zəhərli tullantıların əhəmiyyətli dərəcədə emissiyasına səbəb olur. Bu da şəhər havasının keyfiyyətinin aşağı düşməsi, ekoloji tarazlığın pozulması kimi problemlərə yol açır".

Yenilənmənin göstəricisi

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, şəhər küçələrində köhnə modellərin azalması yenilənmənin göstəricisidir: "Şəhərdə avtomobil parkının yenilənməsi artıq ciddi şəkildə nəzərə çarpır. Bu, çox müsbət haldır. Son dövrlərdə Çin istehsalı avtomobillər, elektromobillər və hibrid modellər daha çox yayılıb. Xüsusilə lizinq imkanları bu prosesi daha da sürətləndirir".

"Şəhər nəqliyyatını daha təhlükəsiz edir"

Mütəxəssis bildirir ki, yeni avtomobillərin təhlükəsizlik sistemləri - əyləc, təkər və elektron sabitlik kimi elementləri daha təkmildir: "Bu, yollarda baş verən qəzaların sayının azalmasına da şərait yaradır. Köhnə avtomobillərin uzun əyləc məsafəsi və texniki nasazlıqları daha çox risk yaradır. Avtoparkın tədricən yenilənməsi bu riskləri azaldır və şəhər nəqliyyatını daha təhlükəsiz edir".

"Bazarda durğunluq müşahidə edilir"

A.Nəbiyevin sözlərinə görə, hazırda avtomobil bazarında durğunluq müşahidə edilir: "İkinci əl avtomobillərə maraq azalıb, insanlar daha çox avtomobil salonlarına və lizinq imkanlarına üstünlük verirlər. Ümumilikdə, avtomobil parkının yenilənməsi həm ekologiyaya, həm də yol təhlükəsizliyinə müsbət təsir göstərir". ("Kaspi" qəzeti)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 İyun 2025 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri