Çətin günümdə mənə mənəvi dayaq oldu Cahangir Novruzovdan Prezidentə təşəkkür
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs Prezident İlham Əliyevin Sərəncamı təltif edilib.
Təltif edilənlər arasında Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov da var. O, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Modern.az təəssüratlarını öyrənmək üçün Cahangir Novruzovla həmsöhbət olub.
O saytımıza açıqlamasında bildirib ki, təltif olunması barədə xəbər onun üçün gözlənilməz olub.
“Yoldaşımın səhhəti ilə bağlı hazırda çətin bir dövrdən keçirəm. Sabah onun əməliyyatı olacaq. Bu gün göstərilən diqqət və qayğı mənim üçün böyük mənəvi dayaq oldu, əhvalımı yüksəltdi.
Mən hər zaman demişəm və bu gün də deyirəm ki, biz sənət adamları bu məmləkətə, Azərbaycana xidmət edən insanlarıq. Vətəni üçün, milləti üçün çalışan insanlar sadəcə öz işini görür, borcunu yerinə yetirir”.
Müsahibimiz söyləyib ki, dövlətimizin və hökumətimizin böyüklüyü ondadır ki, bu zəhməti, bu əməyin arxasında dayanan niyyəti görür, qiymətləndirir. Bu, çox böyük və qürurverici bir dəyərdir:
“Hörmətli Prezidentimiz Azərbaycan xalqını uzun illərdən sonra başı dik, sinəsi qabarmış bir millətə çevirmiş bir liderdir. Bu baxımdan ona göstərdiyi diqqətə və verdiyi qiymətə görə səmimi təşəkkürümü bildirirəm”.
C.Novruzov Azərbaycanda yaşadığım dövrdə vətəni bu qədər dərindən dərk etmədiyini dilə gətirib:
“Vətəndən kənarda olduğum müddətdə Azərbaycanı, azərbaycanlı olmağın məsuliyyətini daha aydın anladım. Əsas məsələ hər kəsin etdiyini etmək deyil, vətəni düzgün tanımaq, azərbaycanlı kimliyini ləyaqətlə təmsil etmək və örnək olmaqdır. Bu gün eyni zamanda bir imtahandan uğurla keçdik. Müəllimlərim və professorlarım tərəfindən təbrik olundum. Bütün bunlar mənim üçün həm məsuliyyət, həm də böyük bir motivasiyadır.
Mən hər zaman Azərbaycan adına çalışmışam və bundan sonra da azərbaycanlının adını layiqincə təmsil etməyə davam edəcəyəm. Hörmətli və möhtərəm Prezidentimizə göstərdiyi diqqətə görə bir daha dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Sərəncama əsasən, Cahangir Novruzovdan əlavə, Aşina Məsud Rüstəm oğlu “Şöhrət” ordeni ilə, Acar Ziya Zakir Musa oğlu “Dostluq” ordeni ilə, Alaferdov Akif Qədir oğlu, Kələntər Xəlil Əliməmməd oğlu, Kərimova Sevinc Kərim qızı, Pənahova Fəridə Fərhad qızı, Siracov Bəxtiyar Tahir oğlu və Zeynalova Xədicə Əbdülrəhim qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















