Farslar İsfahanda Qasım Süleymaninin heykəlini niyə yandırdı? POLİTOLOQ
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Artıq 10 gündən çoxdur İranda davam edən etiraz aksiyaları getdikcə sərtləşir. Dünən axşam saatlarında İsfahan əyalətində SEPAH-ın keçmiş rəhbəri, İran xalqı üçün şəhid adlandırılan general Qasım Süleymaninin heykəli yandırılıb.
Avtosfer.az xəbər verir ki, baş verən hadisələrin maraqlı tərəfi aksiyaların farsların daha çox yaşadığı əyalət və şəhərlərdə baş tutmasıdır. Yəni, şəhid adlandırılan Süleymaninin heykəlini yandıran da, Ali Dini Liderin küçələrdəki şəkillərini alovlandıran da, şəhərlərdə aksiyanın ən sərt üzünü göstərən də məhz farslardır. Türklərin çoxluq təşkil etdiyi bölgələrdə isə sükut hökm sürür. İstər türk liderlər, istərsə də türk xalq aksiyalarda heç cür iştirak etmir. Beynəlxalq ictimaiyyəti maraqlandıran isə, türklərin niyə kütləviləşən aksiyaya qoşulmaması və farsların nəyə cəhd etməsidir.
Mövzu ilə bağlı Avtosfer.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib ki, İranda baş verən etiraz aksiyaları, görünür ki, rejim əleyhinə başlayıb və burada əsas məqsəd məhz indiki rejimə qarşı yönəlib:
“Qasım Süleymani indiki rejimin əsas aktorlarından biriydi və İranın Ali Dini Lideri Xameneinin mənəvi oğlu idi. Görünür ki, Xameneiyə qarşı olan kütlə məhz öz heyfini Qasım Süleymanidən də çıxmaq üçün bu addımı atıb.
Qasım Süleymani SEPAH-ın əsas generallarındandı və sadə xalqın yaddaşında heç də yaxşı biri kimi qalmayıb. Bu baxımdan da onun heykələrinə edilən hücumlar məhz bu qəbildəndir. Düşünürəm ki, bu heykələ hücum əməliyyatları daha da kəskinləşəcək və İranın müxtəlif şəhərlərində həm Xomeneinin, həm də Xomneyinin abidələrinə, şəkillərinə qarşı hücumlar təşkil ediləcək. İrandakı türklər ümumiyyətcə hər zaman gözləmə mövqeyində olur. Hadisələr həlledici mərhələyə daxil olduğu zaman İrandakı türklər ayağa qalxırlar və əsasən İrandakı türklər ayağa qalxdıqdan sonra məsələnin məcrası dəyişib. Ən qızğın hərəkat bundan sonra başlanır. Məlum olduğu kimi, İrandakı bütün inqilablarda demək olar ki, türklər əsas aparıcı qüvvə kimi iştirak ediblər və bundan sonrakı proseslərdə də, mən inanıram ki, əgər İrandakı problemlər həlledici məhləyə daxil olacaqsa, burada türklərin iştirakı mütlədir. Yəni, türklər burada aktiv şəkildə iştirak edəcəklər. Artıq türklər prosesə qoşulduqdan sonra, yəni türklər yaşayan şəhərlərdə, Urmiya olsun, Təbriz olsun, Ərdəbil olsun, bu kimi şəhərlərdə artıq aksiyalar keçirdikdən sonra hadisələrin məcrası dəyişəcək. Sadəcə olaraq, Güneyli soydaşlarımız kimlərinsə fitvasına getmək istəmir.
Yəni, Güneydə Milli Azadlıq Hərəkatının formalaşdırılması vacibdir. Əgər bu hərəkat olacaqsa, milli azadlıq Güneyin milli oyanışı olmalıdır. Mən şəxsən, Güney Azərbaycanın daha çox hüquqlarını bərpa etməsini və daha da öz milli kimliyini qoruyub saxlaması bir şəkildə idarə olunmasını, əgər bu baş verməyəcəksə, öz bağımsızlığına, azadlığına qovuşmasını arzu edərdim. Bu, əlbəttə ki, Azərbaycanı bütöv görmək hər birimizin arzudur. İnşallah, gələcək taleh bizi buna doğru aparar”.
Səfər
Oxunub 62
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 08 Yanvar 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















