Icma.az
close
up
RU
Çətirimizi açıb gözləyirik: istəyən buyursun! Sahil Tahirlinin şərhi

Çətirimizi açıb gözləyirik: istəyən buyursun! Sahil Tahirlinin şərhi

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün gerçəkləşən prezidentlərin Düşənbə görüşündə Rusiya prezidenti Vladimir Putinin “yumşaq-həlim” çıxışı və yanaşması, ikitərəfli münasibətlərin tam normallaşma məcrasına yönəldilməsi istiqamətində atılan addımlar əslində, Prezident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyətinin nəticəsi idi.
Təbii ki, zaman və məqam dəyişib:
nə Rusiya əvvəlki Rusiyadır, nə də Azərbaycan indi diqtə və tələb dili ilə danışılacaq Azərbaycan deyil. Bir tərəfdə dünya birliyinin təcrid etdiyi, beynəlxalq kürsülərdə hər gün dışlanan, Ukraynadakı müharibə və iqtisadi sanksiyalar bataqlığında çabalayan, lazımi-lazımsız sağa-sola saldıran, cırmaq-pəncə atan şimal qonşumuz, digər tərəfdə isə 30 il sonra öz suverenliyini qazanan, beləliklə, siyasi-iqtisadi müstəqilliyini kifayət qədər möhkəmləndirən, ABŞ, Avropa, Türk Dövlətləri Birliyi ilə yanaşı, digər mühüm beynəlxalq qurum və təşkilatlarda öz mövqelərini davamlı gücləndirən sabit, dinamik, enerji mənbəyi Azərbaycan. Qısası, bu gün bizim kiminsə yanında və kölgəsində daldalanmaq vaxtımız deyil və yeri gəlsə, çətirimizi açıb gözləyirik: istəyən buyursun!  
Putin:
 

“Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.


Hadisə ilə bağlı araşdırmaların hələ də davam etdiyini deyən Putin diqqəti “kənar müdaxilə” - Ukraynanın Rusiyaya hava hücumlarının üzərinə yönəltməyə çalışsa da, Azərbaycanın haqlı tələblərini-gözləntilərini də qarşılamaqdan qaça bilmədi. Bəs, bu tələblər nə idi?
Onları bir daha xatırlayaq:
-Baş verənlərə görə Azərbaycandan üzr istənilməli;
-Kompensasiya ödənilməli;
-Günahkarlar aşkar edilərək cəzalandırılmalıdır;
Bakı-Moskva xəttində gərginliyə səbəb də birinci tələb xaric, digərlərinin Rusiya tərəfindən gözardı edilməsi, bir növ, “vecimə də deyil” ritorikası, Bağdad - kor xəlifə məsəli idi.
Hətta, Moskva rəsmi Bakını bu tələblərdən geri oturtmaq üçün özünəməxsus siyasi və iqtisadi təsir rıçaklarından da geniş istifadə edirdi. Azərbaycan isə bu cür “şifrəli oyunlar”a çoxdan “tox” olduğundan elə ilk anlardan milli maraq və mövqeyindən bir addım da geri oturmadı. Ən güclü silahın səbr, qətiyyət və zaman olduğunu bir daha təsdiq etdi:
Azərbaycanın daha iki tələbinin (kompensasiya ödənilməsi və günahkarların cəzalandırılması) icra ediləcəyi Prezident İlham Əliyevlə görüşdə şəxsən Putinin özü tərəfindən təsdiq edildi.  Putin həmçinin iqtisadi münasibətlərdəki dinamikanı da ön plana çəkdi: 
 

“Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir”.


Kifayət qədər təmkinli və inamlı görünən Prezident İlham Əliyev isə çıxışının sonunda Putinin mesajlarının əslində, cəmiyyətin sifarişi və diqtəsi olduğuna vurğu etdi, bütün istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmənin olmadığını vurğuladı: “Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir... “Əlbəttə, bu gün gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. O, kifayət qədər geniş və müsbətdir. Beləliklə, bu informasiyaya görə bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyiniz mesajlar da müsbət qarşılanacaq”.
Və hər halda Rusiya da Rusiyadı (sağı-solu bəlli olmayan) və təsadüfi hallarda qarşı tərəflərlə bu cür yumşaq dillə danışır. Sadəcə, danışdırmağı bacarmaq lazımdır…
Bu görüş həm də münasibətlərə yeni impuls vermək və tam normallaşması istiqamətində işləmək baxımından da əhəmiyyətli idi. Xüsusən, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyi hədəf seçən Solovyov, Ztulin, Simonyan kimi ermənipərəstlərə tərs sillə vuruldu.
Sahil Tahirli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri