Icma.az
close
up
RU
Çex prezidenti: Rusiyanın təxribatlarına hərbi cavab verilməlidir

Çex prezidenti: Rusiyanın təxribatlarına hərbi cavab verilməlidir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

NATO Rusiyanın dünən döyüş təyyarəsinin Estoniyanın hava məkanına daxil olması kimi təxribatlarına sərt cavab verməlidir. Belə vəziyyətlərdə, məsələn, Rusiya təyyarələri vurula bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Çex Respublikasının prezident Petr Pavel televiziyasında bildirib.

“Mən bunu son dərəcə məsuliyyətsiz davranış adlandırmalıyam, çünki hava məkanını pozmaq müdafiə mexanizmlərini işə salmaq və nəticədə belə bir təyyarəni vurmaq üçün zəmin yaradır. Heç kim, nə biz, nə də Rusiya bunu istəmirik”, - deyə Pavel bildirib.

Çex prezidenti xatırladıb ki, Türkiyə 2015-ci ilin noyabrında Suriyadakı müharibə zamanı Rusiyanın "Su-24" bombardmançı təyyarəsini vuraraq Rusiyanın təxribatlarına sərt cavab verib.

Pavel qeyd edib ki, NATO Hərbi Komitəsinin sədri olduğu müddətdə o, bir dəfə ruslardan niyə davamlı olaraq belə təxribatlar törətdiklərini birbaşa soruşub. Ruslar “Çünki bacarırıq” deyə cavab veriblər. "Onlar bizim dayanıqlığımızı, özümüzü müdafiə etmək əzmimizi sınayırlar. Düşünürəm ki, biz son dərəcə qətiyyətli olmalıyıq ki, qaydalar pozularsa, müvafiq şəkildə, o cümlədən hərbi yolla cavab verməliyik.

Rusiya səhv etdiyini, həddi aşdığını çox tez anlayacaq. Amma təəssüf ki, o, həqiqətən də münaqişə astanasında tarazlıq yaradır və şərə təslim olmaq sadəcə mümkün deyil”, - deyə Çex prezidenti bildirib.

Ölkə mətbuatı qeyd edir ki, Çex Respublikasında Rusiyanın təxribatlarına NATO-nun daha qətiyyətli cavabını görmək istəyən yeganə Petr Pavel deyil. Keçmiş maliyyə naziri Miroslav Kalousek bir gün əvvəl analoji mövqey bildirib. “Mən çox istərdim ki, 4-cü maddə üzrə məsləhətləşmələr NATO-dan Kremlə aydın mesaj versin: Növbəti dəfə hər hansı bir ölkəmizin hava məkanında dərhal və xəbərdarlıq etmədən atəş açacağıq. İnanmıram ki, ruslar başqa dildən anlaya biləcəklər”, - deyə Kalousek "X" sosial media hesabında yazıb.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, son həftələr Rusiya həyasızcasına NATO-ya qarşı təxribatlara başlayıb. Ən son insident dünən baş verib ki, üç Rusiya qırıcısı eyni vaxtda Estoniya hava məkanına daxil olub və orada ümumilikdə 12 dəqiqə vaxt keçirib.

Bunun ardınca Estoniya müqavilənin 4-cü maddəsini aktivləşdirərək NATO müttəfiqlərinə müraciət edib. Bu, müttəfiqlər arasında məcburi məsləhətləşmələri nəzərdə tutur, lakin birbaşa hərbi cavabı nəzərdə tutmur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Sentyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri