Icma.az
close
up
RU
NATO ölkələri Rusiyanın təxribatlarına silahlı cavab vermək imkanını müzakirə edir

NATO ölkələri Rusiyanın təxribatlarına silahlı cavab vermək imkanını müzakirə edir

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“NATO müttəfiqləri Rusiya lideri Vladimir Putinin təxribatlarına daha qətiyyətli cavabı, yəni Rusiya ilə sərhəddə dronların yerləşdirilməsini və pilotların Rusiya təyyarələrini atəşə tutmasına icazə verən məhdudiyyətlərin yumşaldılmasını müzakirə edirlər”.
Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” nəşri dörd NATO rəsmisinə istinadla yazıb.
Rəsmilərin sözlərinə görə, müzakirələrin məqsədi Moskvanın “hibrid müharibəsi”nə qarşı xərcləri artırmaq, Rusiya dronları və təyyarələri hava məkanını pozduqdan sonra aydın əks-tədbirləri müəyyən etməkdir.
Rusiya ilə həmsərhəd ölkələr, Fransa və Böyük Britaniyanın dəstəyi ilə müzakirələrə təşəbbüs göstəriblər və sonradan bu, alyans daxilində daha geniş qrupa çevrilib.
“Təkliflərə Rusiyanın hərbi fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilən müşahidə dronlarının silahlandırılması və Rusiyanın təhdidlərini neytrallaşdırmaq üçün şərq sərhədində patrul edən pilotlara tələblərin azaldılması da daxildir. Digər variant NATO-nun Rusiya ilə sərhəddə, xüsusən də sərhədin daha uzaq və mühafizə olunmayan hissələrində hərbi təlimlərin keçirilməsidir”,- nəşr əlavə edib.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl bəyan edib ki, NATO müttəfiqlərinin ərazisini pozan Rusiya təyyarələrinə atəş açmalıdır. Bu bəyanat Rusiyanın təxribatlarından, yəni Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra NATO təyyarələri ilə Rusiya PUA-ları arasında ilk birbaşa qarşıdurmadan sonra verilib. Polşa hava məkanında baş verən bu insidentlə yanaşı, Rusiya pilotsuz təyyarələri Rumıniya ərazisinə, MiQ qırıcıları isə Estoniyanın hava məkanına keçib.
Bu arada ABŞ-nın NATO-dakı səfiri Metyu Uitaker bəyan edib ki, o, “asimmetrik və hibrid müharibədə ən yaxşı variantları” təmin etmək üçün müttəfiqlərlə gündəlik işləyir. Onun sözlərinə görə, eskalasiya nərdivanında kifayət qədər pillələrin olmasını təmin etmək çox vacibdir.
Öz növbəsində NATO-nun iki rəsmisi nəşrə deyib ki, aktual məsələlərdən biri şərq cinahında döyüş qaydalarının sadələşdirilməsidir.
“Bəzi ölkələr qırıcı pilotlardan silahdan istifadə etməzdən əvvəl təhlükəni vizual olaraq təsdiqləmələrini tələb edir, digərləri isə düşmən hədəfinin istiqaməti və ya sürətinə əsaslanaraq radar məlumatlarına və ya təxmin edilən təhlükəyə əsaslanaraq atəş açmağa icazə verir”,- məqalədə izah edilir.
Rəsmilər qeyd ediblər ki, maraqlı dövlətlərin kiçik qrupu ilə başlayan danışıqlar indi daha geniş müzakirəyə çevrilib, çünki digər müttəfiq paytaxtlar Moskvanın sabitliyi pozma kampaniyasının yaratdığı daha geniş təhlükəni etiraf edirlər.
“Üstəlik, bəzi paytaxtlar NATO-nun daha aqressiv mövqeyinə can atırlar”,- bir rəsmi deyib.
Bu arada, digər müttəfiqlər Rusiya kimi nüvə dövləti ilə birbaşa qarşıdurma risklərinə görə daha mühafizəkar reaksiya verməyi məsləhət görürlər.
“Rusiyanın hərəkətlərinə necə ən yaxşı və effektiv cavab veriləcəyi ilə bağlı fəal müzakirələr aparılır”,- NATO diplomatlarından biri qeyd edib və danışıqların hələ ilkin mərhələdə olduğunu bildirib.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri